Dünya Paralimpiya Oyunlarında sözünü deyən Azərbaycanın böyük oğlu Alaverdi Culfayev…Fotolar

05/03/23 12:26

Bayramınız mübarək!

Bu gün Bədən Tərbiyəsi və İdman günüdür. Bildiyim qədər 2005 -ci ildən bu bayram qeyd edilir və Azərbaycan dünyanın ən güclü idman ölkələrindən biri sayılır. Məlumat üçün bildirim ki, Azərbaycan 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. 2012-ci il də Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib.2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına (18) görə 14-cü yerdə qərarlaşdı. Nəhayət “Tokio-2020” Yay Paralimpiya Oyunlarında isə Azərbaycan idmançıları rekorda imza ataraq ilk onluqda yer aldılar. Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanıb. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisə idi. Mən bu milli uğurda və qələbədə əvəzsiz payı olan əziz dostum, kollektivimizin sevimlisi Allahverdi Çülfayevi ürəkdən təbrik edirəm ona uğurlar arzulayıram. Allahverdi Culfayev bu gün Respublikanın idman ictimaiyyəti ilə birlikdə dənizkənarı bulvarda bayram yürüşündə iştirak edir. Uğrların bol olsun əziz dost.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir