Antarktidada bir gün əvvəl qopan nəhəng buzdağının yaradacağı narahatlıqlar və problemlər barədə Alman mətbuatı yazıb. Almaniyanın öndə gələn qəzetlərindən “Bild”, mütəxəssislərlə danışıb və bir xəritə hazırlayıb.
Qlobal istilik problemi son dövrdə dünyanın mühüm mövzularından biridir. Dünya liderlərinin də bunu dayandırmaq üçün bir an öncə hərəkətə keçməyə çalışdığı bu məsələyə yeni problem əlavə olub. bir gün əvvəl Antarktidada 6 min kvadrat kilometr əraziyə malik bir buzdağı qopub.
XƏRİTƏ HAZIRLANIB
Xəbərə görə, 1 trilyon ton ağırlığa sahib olduğu təxmin edilən buzdağı ayrılmasının ardından Alman mətbuatı bu bunun dünyaya təsirini edib. Almaniyanın məhşur qəzetlərindən olan Bild, bir xəritə hazırlayaraq qlobal istiləşmənin dəniz səviyyəsi yüksələndə təsirlənəcək ölkə və şəhərləri göstərib. Xəritəyə görə Almaniyanın şimalındakı Hamburq və hətta Berlinin bir hissəsinə birlikdə İsveçin paytaxtı Stokholm ilə Amsterdamın da sular altında qalması gözlənilir.
Dəniz səviyyəsinin bu əsr sonuna qədər 1.50 metr qalxmasını gözləyən Kiel Universitetindən tədqiqatçı Mojib Latif, “Əgər qlobal isinmə dayandırılmazsa bu ssenari bir neçə əsr ərzində baş verə” – dedi.
TÜRKİYƏ SAHİLLƏRİNİ DA VURACAQ
Bildin hazırladığı xəritədə dəniz səviyyəsinin yüksəlməsinin xüsusilə Türkiyənin sahil qəsəbələrin təsir göstərəcəyi və bəzi bölgələrin sular altında qalacağı bildirilib.
Könül Hacıyeva