Dünyada bir ilk: Türk həkimləri bunu başardı..

28/05/17 10:56

Türk elm adamları, canlı donordan qaraciyər nəqli əməliyyatlarında dünyada ilk dəfə yeni bir texnika üsulu tətbiq etdirərək, iki xəstə üzərində həyata keçirdilər və nəticələr Dünya Qaraciyər Nəqli Konqresində bölüşdürülüb.

Yeni üsulla əməliyyatda bədənə qan gətirən baş vena bypass edilib, xəstənin qaraciyəri baş damarıyla bərabər bədən xaricinə çıxarılıb. Qaraciyərdən bədən xaricində gedən ana damar, qara ciyərə tikilərək, xəstəyə nəql olunub.

Dünya “Qaraciyər Nəqli Konqresi”, Beynəlxalq Qaraciyər Nəqli Dərnəğincə (International Liver Transplantation Socienty ILTS) Praqada keçirilib.

Dərnəyin 42 yaş altı gənc cərrahları əhatə edən Vanguard Komitəsinin Türk üzvü olan Ankara Universitetinin (AÜ) Tibb Fakültəsinin Professoru Dr. Dr. Dəniz Balcı, Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamada, qaraciyər nəqli əməliyyatlarında dünyada bir yeniliyə imza atdıqlarını deyib.

Könül Hacıyeva