Eks-prezident Əbülfəz Elçibəyin anım günüdür.

22/08/21 4:55

Elçibəy bütün həyatını Azərbaycanın müstəqilliyi və türk dünyasının birliyi uğrunda mübarizəyə həsr etmişdir

Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür.

Elçibəyin xatirəsinə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında, o cümlədən Türkiyədə hörmətlə yanaşırlar.

Ankaradakı Atatürk “Anıtkabir” türbəsini ziyarət edən Elçibəy xatirə kitabına bir qeyd buraxdı.

“Ey böyük TÜRK, böyük sərkərdə. Türbədə olmaqdan öz adımdan və Azərbaycan xalqı adından fəxr edirəm. Sizin əsgəriniz Elçibəydir ”deyə yazmışdır.

Azərbaycan Milliyetçi Herekat Partiyasının İdarə Heyəti mərhum Eks-prezident Əbulfəz Elçibəyin anım günündə məzarını ziyarət ediblər. ALLAH RƏHMƏT ETSİN.