“Erciyes-2023” hərbi təlimləri

20/10/23 1:17

Azərbaycan Ordusunun şəxsi heyəti Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes – 2023” təlimlərində iştirak edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının da iştirak etdiyi təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.

“Erciyes 2023” təlimində əsas diqqət qarşılıqlı fəaliyyət zamanı döyüş koordinasiyasının təmin edilməsi, təcrübə mübadiləsi, peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir