Avqustun 11-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ankarada səfərdə olan Azərbaycanın xarici işlər və müdafiə nazirləri – Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib.
“Anadolu” Agentliyinin məlumatına görə, söhbət 45 dəqiqə davam edib, amma görüşün məzmunu açıqlanmır. Ermənistan-Azərbaycan sərhədində gərginlik fonunda iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin, habelə Türkiyənin Azərbaycana hərbi-texniki və hərbi dəstəyinin təmin edilməsi üzrə addımların həyata keçirilməsi məsələsinin müzakirə mövzusu olması şübhə doğurmur.
Transqafqaz.com
Toğrul Lətifoğlu