Erdoğandan şok çağırış, “Merkele səs verməyin”

19/08/17 1:39

Ərdoğan “Soydaşlarıma deyirəm ki, “Nə badə bir səhvə düşüb də bunlara səs verməyin. Bunlar Türkiyə düşmənidir”.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, hər dəfə Türkiyəni AB üzvlüyü, Gömrük İttifaqı və kommersiya sanksiyalarıyla qorxutmağa qalxan Almaniyaya sürpiriz açıqlama ilə payını verib. Cümə namazı çıxışında jurnalistlərin suallarını cavablandıran Ərdoğan Almaniya Kansleri Angela Merkelin, Gömrük Birliyi müqaviləsinin yenilənmiş olmayacağına yönəlik açıqlamalarının xatırladılması üzərinə, dedi:
“Bu gərginlikdə bizim heç bir məsuliyyətimiz yoxdur. Əvvəla əsas günahkar Almaniyanın ta özüdür. Hazırda Almaniya nə danışır? Almaniya hazırda məhz 25-30 gün sonra keçiriləcək seçki üçün sanki Xristian Demokratlar olaraq “Türkiyə nə qədər pis rəftar etsək o qədər içəridə çox səs alırıq”. Havasına düşmüşlər. Mən də Almaniyadakı bütün soydaşlarıma deyirəm ki, ” Nə badə bir səhvə düşüb də bunları dəstəkləməyin. Nə Xristian Demokratları nə başqasını nə Yaşılları. Bunların hamısı Türkiyə düşmənidir. Bunlar Türkiyə düşmənidir”.

Könül Hacıyeva