Ermənilər Azərbaycan ordusunun Laçın rayonu ərazisindəki mövqelərini atəşə tutub

24/02/22 12:47

Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 20:30-dan 20:55-dək Gorus rayonu istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun Laçın rayonunun Əhmədli kəndində yerləşən mövqelərini atəşə tutub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan ordusunun bölmələrinin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir