Ermənistan – faşizmi qəhrəmanlaşdırır, neonasizm ideologiyasını dövlət terrorizmi siyasəti səviyyəsinə qaldırır

30/01/22 12:28

Ermənistanın Moskvadakı səfirliyi nasist Njdenin vəsf edilməsinin müdafiəsinə qalxıb. Bu barədə ermənipərəst IA REGNUM məlumat verir.

Səfirliyin tam şəkildə bəyanatını dərc edirik:

“Yanvarın 28-də 2022-ci ildə Rusiya Erməniləri İttifaqının gənclər mərkəzində keçirilən “Qaregin Njde” bədii filminin nümayişi ətrafında süni ehtirasların alovlandırılması cəhdləri ilə bağlı Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi hər iki qurumla əlaqə saxlayır. Rusiya Erməniləri İttifaqı və Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən digər erməni təşkilatları, habelə səfirlik də mətbuatda gedən yazıları diqqətlə izləyir və erməni döyüşçülərin xatirəsini ləkələmək cəhdlərindən dərin narahatlığını bildirir. Ermənistan-Rusiya qardaşlıq münasibətlərinə böhtan atmaqda maraqlı olan müəyyən dairələr tərəfindən Q. Njdenin Ermənistanın müstəqilliyi barədə bəyanatlar səsləndirilir. Sizi açıq şəkildə yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqdan çəkinməyə çağırırıq”.

Qeyd: Ermənistanın Rusiyada səfirliyi özfəaliyyət qurumu deyil, rəsmi dövlət təşkilatıdır. Səfirliyin yaydığı bəyanat bir daha Ermənistan dövlətinin faşit ideologiyasını dovlət terrorizmi siyasəti səviyyəsini qaldırmasının əyani sübutudur.

Əslində Qaregin Njde kim olmuşdur

Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları – “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə şəhərin mərkəzində nasist Njdenin heykəli açıldı. Bununla yanaşı, Ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşisti yad edirlər. Hətta, 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi Rusiyada da nümayiş etdirilib. Ancaq bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağda Njde və digər erməni terrorçuları azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olmuşlar. Daha sonra isə İkinci Dünya müharibəsində almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, Üçüncü Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizm ideologiyasını həyata keçirərək, bu gün də irqçi neonasist ideologiyanı davam etdirir.

Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştrak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet Ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında Sovet Ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Meğri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda “Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan qırmızı ordunu əsas güvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın “ali baş komandanı” elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən Sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana, türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ-da Njde “Tsexakron” hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə “Daşnaksütyun”un sıralarından ayrılır. Faşist Almaniyası ilə əlagələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro (Draztamat Kanayan) ilə birlikdə Vermaxt nəzdində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı “Erməni milli şurası”nın 7 üzvündən biri və “Azad Ermənistan” qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet Ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini bildirir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu qeyd edir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək, Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Komitəsinin həbsxanasında qaldıqdan sonra Njde Yerevana göndərilir. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada ölür.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü