Ermənistan Xarici İşlər Nazirliyi “Artsax”ın Azərbaycana qaytarılmasını istisna edir.

10/11/21 3:55

Ermənistan Xarici İşlər Nazirliyi “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı” bəyanat yayıb.

https://www.mfa.am/ru/interviews-articles-and comments/2021/11/09/mfa_statement_nov9/11161

Azərbaycan tərəfinin ünvanına yalan, eyham, saxta ittihamlarla dolu daha bir bəyanat dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıyır.

Bu bəyanatdan əvvəl müxtəlif erməni strukturlarının Azərbaycan tərəfinin sülhsevər təşəbbüslərini gözdən salmağa yönəlmiş müxtəlif təxribat xarakterli hərəkətləri də olub.

Azərbaycan təkcə bəyanatlarla deyil, həm də konkret təkliflərlə bütün ictimaiyyətə, ilk növbədə erməni xalqına Cənubi Qafqazda sülhsevər icmanın qurulmasına sadiqliyini nümayiş etdirir.

Buna görə də, “uzaqgörən” uydurulmuş səbəblər əsasında Ermənistan XİN-in “Artsax ermənilərinin öz doğma torpaqlarında təhlükəsiz və ləyaqətli yaşamaq hüququnun təmin edilməsinin Azərbaycanın yurisdiksiyası və ya nəzarəti altında mümkün olmadığı” bəyanatı narahatlıq doğurur.

Birincisi, “ermənilik” nə deməkdir? Erməni kilsəsinin xristian icması? Niyə “doğma torpaq”? Ermənilərin bu torpaqda 1828-ci ildə peyda olması çox mətləblərə aydınlıq gətirib! Bu ən vacib məsələlərdən biridir! Bütün dünya birliyi bu ərazini Azərbaycanın ayrılmaz hissəsi hesab edir və Ermənistan yenə köhnə qramafon  valını səsləndirir.

Paşinyan bir dəfə demişdi ki, “Qarabağ Ermənistandır”. Sonu necə bitdi? Bir dəfə Şuşada inauqurasiya keçirməyə cəhd etdilər! Və nəticə nə oldu?

Ermənistan Xarici İşlər Nazirliyi, xoşməramlılıq nümayiş etdirən Rusiyanın sülhməramlı qüvvələrinin yurisdiksiyası altında olan Azərbaycanın dağlıq hissəsində ermənilərin müvəqqəti məskunlaşmasına razılıq verdiyinə görə Azərbaycan ictimaiyyətini təəssüf hissi yaranması ilə bağlı təxribata çəkir.

Ermənilərin məqsədi Azərbaycan Respublikası daxilində yaşamağa uyğunlaşmaq olmalıdır. Artıq əhali bu istiqamətdə ilk addımlarını atır, gənc nəsil Azərbaycan dilini öyrənməyə başlayıb. Amma bu o demək deyil ki, erməni dili unudulacaq. Dilin, adət-ənənələrin qorunub saxlanması və inkişafı üçün hər cür şərait yaradılacaqdır.

Amma,…. Yenə də İrəvan təxribatçıları Qarabağ münaqişəsinin başlanğıcında olduğu kimi, nifaq və düşmənçilik toxumu səpirlər.

Bəlkə bu, Cənubi Qafqazda vəziyyəti yenidən qızışdırmağa, regional güclər arasında qızğın qarşıdurmaya yönəlmiş böyük təxribatdır. Bu tək region üçün deyil ümumilikdə dünya üçün bir təhdiddir.

Bu, Vaşinqton administratisiyasının Rusiya sərhədlərinin perimetri boyunca proksi müharibələri başlatmağa yönəlmiş tədbirlərin bir hissəsi kimi növbəti tapşırığı deyilmi?

Əvvəl yazmışdım ki, Qərb payızda öz satelitləri vasitəsilə Rusiya ilə həmsərhəd ərazilərdə aktiv fəaliyyətlər həyata keçirməyə başlayacaq. Xüsusilə də Cənubi Qafqaz istiqamətində.

https://zen.yandex.ru/media/id/5f47313694c86652b080ee19/osennie-obostreniia-po-perimetru-rossii-iujnyi-kavkaz-chast-2-61697b0c17b4e310c84b729

Bu, onların İrəvandakı maşalarının köməyi ilə bu istiqamətdə yeni mərhələyə başlaması ilə olacaq. Artıq ilk siqnallar gəlir.

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 9-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində yerləşən mövqelərdən Kəlbəcər rayonunda Azərbaycan Ordusunun Ellica kəndində yerləşən mövqeləri istiqamətində iriçaplı pulemyotlardan mühəndis-texniki atəşə tutublar.

https: // haqqin.az/news/225313

Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına cavab olaraq Ermənistan hərbi idarəsi Azərbaycan hərbçilərinin Vayodzor rayonunun Xaçik kənd sakinini (! – K.R.) atəşə tutduğunu elan etməyə tələsdi.

https://ru.armeniasputnik.am/20211109/azerbaydzhanskie-vs-obstrelyali-zhitelya-armyanskogo-sela-khachik-rabotavshego-na-traktore-v-pole-35169617.html

Xatırlatmaq istərdim ki , bu gün xüsusi maraq doğuran aşağıdakı sənəd Qarabağdakı erməni dövlət məktəblərinin müfəttişi R.Şahnəzərovun erməni yepiskopuna yazdığı məktubdur.

Bakı Bakrata.  9 aprel 1920-ci il:

“Əlahəzrət.

Qarabağın xoşbəxtliyi Ararat agentlərinin fəaliyyəti ilə məhv edilib.

Daşnaklar Hökuməti Dağlıq Qarabağ ermənilərinin başına gətirilən müsibətlərə görə bütün məsuliyyəti daşıyır. Daşnak dəstələrinin hərbi kazarmalara və qarovul məntəqələrinə mənfur və xain hücumu eyni vaxtda Şuşada, Xankəndində və xəbər verildiyi kimi bütün xətt boyu həyata keçirilirdi.

Zati-aliləri bu barədə mənim bütün həmvətənlərimə məlumat vermək sizin borcunuzdur,. Bədbəxtliyin qovşağına doğru bütün işlərimiz daşnakların rəzilliyi və siyasi axmaqlığı ucbatəndan qırıldı. Erməni xalqı bizim dinc quruculuğumuzun əsl dağıdıcılarını bilməlidir. Qarabağ qanlı hadisələr sferasından kənarda qala bilərdi, qalmalı idi və qalacaqdı, təbii ki, daşnakların avantürası olmasaydı, qalardı.

Hörmətli Zati-aliləri, mən baş verənlərlə bağlı heç nə yazmıram, hər şeyi əvvəlcədən fikirləşmək lazım idi. Nə qədər gücüm var idi, vuruşmuşam, bilirsən, sağ qalsam, erməni xalqının daşnaksakanlığın lənətinə qarşı mübarizə aparacam.

Bütün vicdanlı zəhmətkeşlərə müraciət edin, – erməni və müsəlman faciəsinin inkişafının qarşısını almaq üçün bütün gücünüzü səfərbər edin.

“Gözəl və dinc Qarabağı viran qoyan erməni xalqının düşmənləri daşnaklara lənət olsun”.

T.Köçərli Qarabağ məsələsinin tarixinə dair (uydurmalar və reallıq), Bakı – 2009

Bu gün çox təəssüf ki, təxribatçıların dairəsi xeyli genişlənib.

Düşünürəm ki, Azərbaycan və Rusiya prezidentləri onları yerində oturmağı bacaracaqlar!

Kamran Rüstəmov – Pedaqoq və ictimai xadim, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi. İrəvan Türk Cumhuriyyəti MIllət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Tərcümə etdi: Rəsul Rəsulov İrəvan Türk Cumhuriyyəti, Millət Şurası üzvü