Ermənistanın ən yüksək siyasi elitası kimdir?

08/11/21 3:12

Bunlar separatçıların səhra komandirləri, Qarabağ yaraqlıları dəstələrinin rəhbərləri, hərbi cinayətkarlardır.

“Cır-cındırdan var-dövlətə” sahib olanlar ifadəsinə uyğun gələnlərdir, bunlar “briqada generalları”dır, onların əli Xocalının günahsız qurbanlarının qanı ilə bulaşmışdır. Onlar hakimiyyətə gələrək Ermənistanda dövlət səviyyəsində irimiqyaslı korrupsiya ilə məşğul olmağa və sadə vətəndaşların hesabına varlanmağa başladılar.

Qarabağ klanını devirən Paşinyan isə saqqallı freak-demaqoqdur, rəngli inqilab övladıdır, Sorosun himayədarıdır,  onun ətrafıda – eyni.

Əvvəlcə bütün bu acgöz dəstəsi – tarixdə ilk dəfə olaraq ermənilərə dövlətçilik bəxş edən və xaricdə acınacaqlı həyat sürən yüz minlərlə erməni mühaciri məskunlaşdıran Sovet İttifaqını məhv etdilər.

SSRİ ermənilərə daha yaxşı və ədalətli gələcək şansı verdi, onlar üçün mədəniyyət və elm inkişaf etdirdi, şəhərlər, sənaye mərkəzləri saldı.

Erməni separatçıları öz xarakterlərinə uyğun “təşəkkür” etdilər – SSRİ-ni dağıtdılar. İndi isə Hitlerlə əməkdaşlıq edən erməni hərbi cinayətkarlarına heykəllər ucaldırlar. İndi istəyirlər ki, Rusiya onları dəstəkləsin, silahlandırsın, maliyyələşdirsin, onları “Cənubi Qafqazda Rusiya İsraili” etsin – hamısı rus vergi ödəyicilərinin hesabına.

İqor Korotçenko. Rusiya jurnalisti və hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, ehtiyatda olan polkovnik.

Tərcümə etdi: Rəsul Rəsulov İrəvan Türk Cumhuriyyəti, Millət Şurası üzvü