“Ermənistan Qarabağı əlində saxlaya bilmədi. 30 il ərzində burada möhkəmlənə bilmədik. Qarabağı özünüküləşdirə bilmədik”.
Alp.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Sərhəd Qoşunlarının keçmiş komandanı, general- mayor Armen Abrahamyan çıxış edib.“Qorus-Qafan yolunun 21 kilometrlik hissəsi bizim ərazimizdən keçir, 1926-29-cu illərdə aparılan demarkasiya işlərində hər şey koordinatlarla təqdim olunur, hətta sərhədlərin təsviri də var. Ancaq biz 44 günlük müharibədə biz məğlub olduq. 1920-ci il xəritəsi ilə demarkasiya işləri aparılsa biz çox şey itirəcəyik ”, – deyə Armen Abrahamyan bildirib.
Sərhəd Qoşunlarının keçmiş komandanının sözlərinə görə, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi illərlə, hətta 9 il davam edəcək, xüsusən də Ermənistanın indi düşdüyü şəraitdə başlasa bu dəhşətli olacaq.
Mənbə: Fedai.az