Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.
Bu barədə məlumatı Sputnikarmenia xəbər agentliyi verib.
Qeyd edək ki, bir neçə gün öncə də erməni sosial şəbəkə istifadəçiləri Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Azərbaycan ərazisindən keçən xüsusilə yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu.
Transqafqaz.com