Erməni təxribatçınının Xocavənddə zərəsizləşdirmə səbəbləri

04/12/21 7:30

4 Dekabr, 2021

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 2020-ci il noyabr ayında imzaladıqları Bəyanata görə, bütün erməni qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu proses Rusiyanın sülhməramlı missiyasının yerləşdirilməsi ilə paralel olaraq baş tutmalı idi. Lakin bu öhdəlik heç vaxt yerinə yetirilmədi. İrəvan Azərbaycanın Xankəndi, Xocavənd, Ağdərə və ona bitişik torpaqlarında Ermənistan vətəndaşlarından ibarət olan silahlı quldur dəstələri saxlayır. Üstəlik, Ermənistan hakimiyyəti Laçın dəhlizi vasitəsilə mütəmadi olaraq ora mülki şəxslər adı altında ordu aparır.

Beləliklə, Ermənistan işğalçı ordusunun məğlubiyyətini kompensasiya etməyə çalışır və əslində Azərbaycanla sülh istəmədiyini bildirir. Erməni rəsmiləri riyakarlıq edərək başqa cür söyləsələr belə, yalnız qisas almaq istədiklərini nümayiş etdirirər.

Xəbər verdiyimiz kimi, dünən Xocavənd rayonunun Çərktar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib.

Azərbaycan əsgərinə hücum etdiyi üçün zərərsizləşdirilən erməni ilə bağlı Ermənistan diplomatiyası fəal şəkildə iş aparır. Ermənistanın Xarici İşlər naziri artıq bir neçə ölkənin o, cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinə zəng edərək: “Rəsmi Bakının davranışı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, “Belə bir siyasət Rusiyanın sülhməramlı missiyasına da xain zərbə vurur”, məzmunlu erməni xislətli, dezinformasiyalar tirajlayırlar

 

Transqafqaz.com Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb.

“Dekabrın 3-də Artsax Respublikasının Martuni rayonunun Çartar qəsəbə sakini, 1956-cı il təvəllüdlü Seyran Smbatoviç Sarkisyan mal-qara otararkən itib, Azərbaycan bölmələri tərəfindən əsir götürülərək öldürülüb” deyə erməni mətbuatı bildirib.

https://www.aysor.am/ru/news/2021/12/03/%D0%9C%D0%98%D0%94-%D0%90%D1%80%D1%86%D0%B0%D1%85%D0%B0/1901947

Hər zaman olduğu kimi erməni mətbuatı cidd-cəhdlə hadisəni mahiyyətindən yayındırmağa və terror cəhdini ört-basdır etməyə və  Azərbaycanı günahkar çıxarmağa çalışırlar. Ancaq o qədər yalan uydururlar ki, bir az əvvəl yaydıqları xəbər ilə sonrakı xəbərlər üst-üstə düşmür.

Əvvəlcə elan edildi ki, 1956-cı il təvəllüdlü erməni “azaraq” Azərbaycanın Ordusunun nəzarətində olan əraziyə keçib, əsir düşüb və öldürülüb.

Ardınca “istintaq komitəsi” adlı qondarma qurum müşahidə kameralarının video-görüntüsünü yaydı. Görüntüdən heç nə anlaşılmır, ancaq iddia edilir ki, erməni sakin “neytral əraziyə” keçib, orda əsir götürülüb və daha sonra öldürülüb, meyiti də azərbaycanlılardadır.

Ermənistan hələ aydınlaşdıra bilməyib ki, adam – yəni erməni – “neytral əraziyə” keçib, yoxsa “azaraq” Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə gəlib.

Ancaq bu bədbəxtlər unudurlar ki, ermənin yaşadığı ərazi də. Rusiya Sülhməramlılarının (Pis Məramlılar) olduğu ərazidə Beynəlxalq Hüquqa görə Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində heç bir “sərhəd xətti” çəkməyib.

Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar. Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar. Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb. Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.

Transqafqaz.com yenə də rus mediasına istinadən xəbər verir ki, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları hadisənin araşdırılması məqsədi ilə Azərbaycan tərəfinə yazılı müraciət ediblər. Müraciətə əsasən Azərbaycan tərəfi Davud Rəhimzadə barəsində cinayət işi açıb və hazırda Füzuli Hərbi Prokurorluğunda bununla bağlı istintaq aparılır.

Bildirək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələ də heç bir rəsmi açıqlama verməyib.