Bu gün dünya təcavüzkar erməni separatizmi kimi təhlükəli bir fenomenlə üz-üzədir, bu da müəyyən kateqoriyalarda ərazi iddiaları, xarici torpaqların ələ keçirilməsi, soyqırımı, terror və deportasiya yolu ilə ifadə olunur.
Erməni separatizmi, beşikdən ana südü ilə ermənilərin şüuruna yeridilən türkofobiya mövzusunda açıq şəkildə anti-Azərbaycan yönümlü təbliğat ilə məşğuldur. Təcavüzkar erməni separatizmi ideologiyası bədnam “Böyük Ermənistan” ideyasına əsaslanır.
“Millətindən, dinindən və irqindən asılı olmayaraq dünyanın bütün insanları erməni olmalıdır. Çünki o, erməni deyilsə, deməli, hələ insan deyil”. Bu, Rusiyada yaşayan erməni millətçisi və “vətənpərvər” Vladimir Poqosovun söylədiyi fikirdir.
Erməni şizofreniyası xəstəliyi psixiatrlar tərəfindən yüz ildən çox əvvəl diaqnoz qoyularaq müəyyənləşdirilib. Azərbaycan ordusunun Qarabağ Zəfərindən sonra erməni şizofreniyası xəstəliyinin daha da kəskinləşdiyi bir dövr başlayıb.
Daimi yalanlar, yanlış məlumatlar və saxtakarlıqların yayılması, uydurulmuş miflər altında həyat, insanları kütləvi şəkildə aldatmaq, bütün bunlar erməni media orqanlarının sosial şəbəkələr vasitəsilə yayılmasının iş uslubudur.
Erməni mətbuatını izlədiqcə bunun əyani şahidi olursan. Hörmətli oxucular Sizlərə Qraçya Qalustiyan adlı erməni yazarın “ArmenianReport” saytında verilmiş yazısını diqqətinizə çatdırırıq:
https://www.armenianreport.com/ru/pubs/295032/
“İnanın – Azərbaycan gec-tez qoşunlarını Ermənistan ərazisindən çıxaracaq və işğal altında olan Artsaxın bütün ərazilərini geri qaytarmaq məcburiyyətində qalacaq.
Azərbaycan tərəfi məlumat verdi ki, oktyabrın 14-də saat 18:15 radələrində snayperin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbçisi öldürüldü. Yoxsa Bakıda kimsə müharibənin bitdiyinə ciddi inandımı?! Əgər belədirsə, onda azərbaycanlıların sadəlövhlüyünə heyran olmaq olar”.
Bunlar (ermənilər) müharibənin bitmədiyini düşünür, yenidən silahlanaraq revanş almaq fikirlərindən geri cəkilməyiblər. İndi sual oluna bilinər, nəyin hesabına?. Ordun məhv edilib, iqtisadiyyatın zəif, xalqın da xaricə köç edir. Deməli onların gizli və açıq dəstəkçiləri beynəlxalq platformada dəstək verəcəkləri qarantisi vermişlər. Buna misal olaraq Amerika, Fransa, Iran səfirlərinin Azərbaycanla sərhəd bölgəsinə səfərləri və qızışdırıcı sözləri ki: “Qarabağın statusu həll olunmayıb” onların tam açıq niyyətlərini göstərmək olar.
Sonra erməni yazar qeyd edir: “Baxmayaraq ki, düşmən heç də sadəlövh deyil. Uzun illər və hətta onilliklər ərzində bizə hücum etməyə hazırlaşıb. Terrorçular ilə beynəlxalq əlaqələr qurdu. Yeri gəlmişkən, bunu artıq hamı – ABŞ, Fransa, Rusiya, İran tanıyıb. Türkiyə-Azərbaycan tandeminin açıq olanları inkar etmək cəhdləri vaxt itkisidir və onlarla sülh danışıqlarının mənasızlığının daha bir sübutudur.
Bizə xəyanətlə hücum edərək minlərlə oğlanlarımızı öldürənlərlə nə cür sülh ola bilər?! Artsaxın üçdə ikisini işğal edən və Stepanakerti ələ keçirməklə hədələyənlərlə nə cür sülh ola bilər?! Qoşunlarını Ermənistan ərazisinə gətirən və həyasızcasına geri çəkilməyənlərlə nə cür sülh ola bilər?! İrəvana və digər şəhərlərimizə iddialarını açıq şəkildə bəyan edənlərlə nə cür sülh ola bilər?!”
Bunları oxuduqca heyrətlənməyə bilmirsən! Bu torpaqlara Çar imperiyası tərəfindən köçürülən, Sovet Rusiyası tərəfindən tarixi Azərbaycan torpaqlarında dövlət edilən, qaraçı-hay tayfası işgal olunmuş torpaqlarını geri qaytaran bir xalqı “işğalçı” adlandırır.
Erməni sərsəmlərini davam etdirərək qeyd edir: “Azərbaycan bizi daim təhdid edir, bir növ “dəmir yumruq” göstərir. Bu ölkənin prezidenti daim Ermənistanı, onun indiki və keçmiş liderlərini aşağılayan bəyanatlar verir. Eyni zamanda, rəsmi Bakı “dəhliz” deyilən mifik layihəni zorla torpaqlarımızdan keçməklə təhdid edir. Belə bir qonşuyla nə cür sülh ola bilər?!
Kilsələrimizi “Alban” kimi təqdim edərək, bütün erməni mədəni irsini məhv edən Azərbaycanın Ermənistandan bir növ “təzminat” tələb etmək cəsarəti var. Barbarlar bunun əsl mahiyyətini anlamadan beynəlxalq məhkəmələrə müraciət edir. Buna baxmayaraq, bu addım həm də Azərbaycanda hələ heç nə anlamadıqlarını, orada eyforiyada olduqlarını sübut edir”.
Bunları oxuduqca tarixə nəzər yetirməli olursan, “tarix təkrar olunur” ifadəsinin doğruluğuna əmin olursan. Birinci dünya müharibəsində işğalçı rus qoşunları bərabər hərəkət edən erməni quldur dəstələri Türkiyənin Qars, Ərzurum, Van, Ardahan şəhərlərinə qısa müddətə sahib oldular. Türk Azadlıq Ordusunun əks-hücumu ilə ölkədən qovulan rus qoşunlarından qabaq erməni quldur dəstələri dabanlarına tüpürüb qaçdılar. İndi isə Türkiyə ərazisində heç bir zaman dövləti olmayan ermənilər Türkiyənin 6 vilayərinə iddia edir və üstəlik təzminat istəyir. Bu “tələblirini” Beynəlxalq Hüquq Məhkəməsi səviyyəsində yox, anti-türk əhvallı ölkələrdə qondarma “soyqırım”nı tanıtmaqla edirlər. Bilirlər ki, Beynəlxalq Hüquq Məhkəməsinə müraciət üçün dəlilləri yoxdur, əksinə o məhkəmələr olarsa Ermənistanın özü mühakimə olacaqdır. Azərbaycan haqlı olaraq erməni terrorunun ifşası üçün Beynəlaxalq qurumlara müraciət etmişdir.
Erməni xalqımıza “məsləhət” verməyi də unutmayıb: “Göydən yerə enməyin vaxtı gəldi. Son vaxtlar özlərinə çox icazə verməyə başladılar. İndi Bakıda fəryad edənlərə əsgərlərinin cinayətini, bir gün əvvəl Aram Tepnantsın (1966-cı il təvəllüdlü) Artsaxda snayperdən açılan atəş nəticəsində öldürüldüyünü xatırlatmaq istəyirəm.
Amma bu, Azərbaycanı xilas etməyəcək. Artıq Beynəlxalq Məhkəmələrdə bizə uduzur. Xüsusilə, Bakı “qənimətlər parkı” adlanan ərazidən hərbçilərimizin bütün eksponatları yığışdırılıb. Nəticədə bu “park”-ın özü silinəcək. Ən əsası, Azərbaycan qoşunlarını Ermənistan ərazisindən şıxarmaq və işğal altında olan Artsaxın bütün ərazilərini geri qaytarmaq məcburiyyətində qalacaq. Zorla və ya istəyərək başqa yolları yoxdur”.
Erməni yalanları, riyakarlığı sərhəd tanımır. Gedib-gələn nəfəsləri də yalandır. Aldatmaq onların həyat kredosudur. Bunlar patoloji yalançılardır!
Beynəlxalq Məhkəmədə dinləmələr artıq başlayıb və Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini təmsil edir. BMT Beynəlxalq Ədalət Məhkəməsi tezliklə Ermənistan və Azərbaycanın qarşılıqlı iddialarına baxacaq. Məhkəmənin bildirdiyinə görə, 14-15 oktyabr tarixlərində keçiriləcək dinləmələr Ermənistan tərəfindən verilən müvəqqəti tədbirlərin tətbiqi tələbi ilə, 18-19 oktyabr tarixlərində isə Azərbaycan tərəfindən oxşar tələblə bağlı olacaq. Haaqadakı məhkəmə çəkişmələri Bakı ilə İrəvan arasındakı qarşıdurmanın yeni mərhələsinə çevriləcək. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində bir işə baxılması bir neçə il çəkə bilər.
Göründüyü kimi Beynəlxalq Məhkəmənin yeni başlamasına baxmayaraq bu saxtakar erməni öz xalqını aldadır, hansısa mifik “uğurlardan” yazır.
Əvvəlki yazılarımızda Cənubi Qafqazda “erməni məsələsinin” Suriyada baş verən faciə ilə bir konteksdə baxılması barədə yazmışdıq. Katolik Qərbin və xristian dünyasının “Türk kəmərinin” (Balkanlardan – Altayadək) qarşının alınması, Böyük Turan ideyasına mümkün qədər mane olmaq, Türkiyə və Azərbaycan torpaqlarında erməni-kürd dövlətlərinin yaradılması planlarının mövcudluğu bu gün də aktualdır. Bu planlar artıq 100 ildən coxdur ki, onların masasındadır.
İnsanlığın, bəşəriyyətin, məzlum xalqların nicatı Türk dünyasının bir ittifaqda birləşməsi istəyindən asılı olaraq qalmaqdadır.
Vahidov Qurban. Araşdırmaçı – analitik