Ermənilərin Vətəni haradır?

27/12/21 11:49

Səadət Kərimi

Ermənilər uzun zamandır qəsdən təhrif olunmuş tarixi doktrinalar yaratmaqla dünya ictimayyətinin şüuruna tarixi Azərbaycan torpaqları olan Qarabağı və Zəngəzur mahalını öz vətəni kimi saxta stereotiplərlə yerləşdirməyə çalışıblar. Təəssüf ki, tarixçiləri və antropologiya alimlərini çıxmaq şərtilə, Avropada geniş ictimayyət bu saxta bilgilərlə böyüdüklərindən özləri də bilmədən buna inanırlar. İnsanın həqiqətə aparan yolunu əngəlləyən təsirləri öyrənən böyük filoloq Frensis Bekon hələ dörd yüz il bundan əvvəl İnsan səhvlərinin mənbələri haqqında nəzəriyyə yaratmışdı və bu tipli qərəzli saxta bilgiləri ”xəyalət” adlandırmışdı [1]. Saxtakarlar yaratdığı xəyallara axırda özləri də inanırlar və bu xəyallar onların kabusuna çevrilir.

Həqiqəti yalan stereotiplərdən/xəyallardan necə ayırd etmək olar? Ermənilər Qarabağ və Zəngəzuru nədən özlərinə çıxmaq istəyirlər? Bəs ermənilərin əsil vətəni haradı?  Bu essedə bu suallara cavab vermək üçün Antik Çağa/Qədim dövrə, Orta Əsrlərə, XIII-XX əsrlər qısa nəzər salacayıq.

ERMƏNİLƏRİN «NƏSİL ŞƏCƏRƏSİ» və onların Qafqaza köçmələrinin xronikalarıFalsifikasiyalara qarşı antropologiya və arxeologiya elmləri. Təəssüf ki, bu günə qədər dünya siyasətçiləri arasında Dağlıq Qarabağ münaqişəsinə obyektiv bir baxış yoxdur. Bəzi Qərb dairələrində hələ də məsələnin tarixinə erməni traktovkası, erməni təfsiri ilə baxılır. Hələ də Qafqazda ”aвтохтон kimdir, aллохон kim?  Ermənilər yoxsa Azərbaycan Türkləri?” sualı ilə uğraşırlar. Əlbəttə, biz deyirik Azərbaycan Türkləri! Və bunu bütün tarixi sənədlər göstərir!

Azərbaycan torpaqlarının işğalını əsaslandırmağa çalışan erməni millətçiləri tarixi həqiqətləri hər vasitə ilə boğmağa çalışıblar və hər cür səy göstərirlər ki, ermənilər deyil Azərbaycan türklərinin alloxon, yəni gəlmə xalq olduğunu sübut etsinlər. Güya Azərbaycan türkləri Qafqazda yad bir ünsürdülər, sonradan gəlmədilər. Ancaq nə yaxşı ki, antropologiya kimi bir mübahisəsiz, danılmaz bir elm var.

Görkəmli sovet antropoloqu Viktor Bunak, hələ 1960-cı illərdə, Sevan gölü yaxınlığında tapılan Dəmir dövrünə aid kəllələri müayinə etmişdir [2]. Eramızdan əvvəl 14 və 13-cü əsrlərə aid bu artefaktlara əsaslanaraq alim sübut etmişdir ki, ermənilərin müasir Ermənistan zonasının ərazisində əvvəllər yaşayanlarla heç bir əlaqəsi yoxdur, onlarla heç bir ümumi cəhətləti, oxşarlıqları yoxdur. Beləliklə, etnik dontologiya birmənalı şəkildə ermənilərin Qafqazda avtoxton xüsusiyyətini inkar edir. Çünki onların dişləri həm Şimali, həm də Cənubi Qafqazın avtoxton insanlarının dişlərindən kəskin şəkildə fərqlənir.

Saxtakar Erməni alimləri, sadəcə unudublar ki, yalnız Aralıq dənizi xalqlarına xas olan erməni xəstəliyi ermənilərin bu meqa bölgəyə gəlişini bir daha təsdiqləyir. Lakin arxeologiya ermənilərə kömək edə bilməz. 1920-ci ildə bolşeviklər tərəfindən doğma Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistan Respublikası ərazisindəki tarix nişanələrini axtarmaq ermənilərə heç bir şəkildə kömək edə bilməz. Bunu görkəmli Amerikalı ermənişunasKolumbia Universitetinin professoru Nina Qarsoyan [3] bildirir:

“Min ildən çox zaman keçəndən sonra ermənilər nəhayət öz tarixlərini yazmağa qalxışdılar, və onların uzaq keçmişlərindən yalnız qaranlıq və qeyri-dəqiq bir tarixi yaddaş qaldı. Arxeologiya bizi hələ də, fars hökmranlığı dövrünə aid nəinki Anadolunun hələ araşdırılmamış bölgələrində, hətta Ermənistan Respublikasının yaxşı tədqiq olunmuş bölgələrində də, izah olunmaz olsa da materialla təmin edə bilmədi ”.

Göründüyü kimi, amerikalı alim etiraf edir ki, ermənilər müasir Ermənistanda öz tarixi izlərini tapa bilmirlər. Tamamilə doğrudur! Arxeologiya heç bir halda Ermənistanın siyasi mif hazırlaması üçün əsas verə bilməz. Həqiqətən, 20-ci əsrin əvvəllərinə qədər Qafqazda Ermənistan deyə bir ölkə, bir coğrafi bölgə yox idi.

Bu mənada məşhur tarixçi rus alimi İ. M. Dyakonovun [4] qənaəti əhəmiyyətli dəlildir. Dyakonov öz əsərlərində erməni dilinin fonetik təhlili əsasında sübut etmişdir ki, Şərqi Anadolu ermənilərin danışdığı dil, erməni yaylasının domeni (sahəsi) deyildir. Proto-erməni (mənşəyi, əsl-kökü buradan olan erməni) yalnız Hind-Avropa qoluna aid ola bilər, çünki bu dil ilə nə Хurrilərin, nə Urartuların nə də hər hansı bir başqa Qafqaz xalqlarının dili arasında qohumluq əlaqəsi yoxdur. Yəni ermənilər bura xaricdən gəliblər!

Ermənilərin ata-baba yurdu. Balkanlardan Kiçik Asiyaya qədər. Fеssаliya →Frakiya → Frigiya→ Fərat çayı → Van gölü. Ermənilər qədim dövrdə  bu marşrutla dolaşıblar, zaman-zaman köç ediblər. Bunu qədim müəlliflər göstərir. Məsələn, tarixin atası sayılan Herodot [5] yazırdı:

”Bu tayfalar (Ermənilər) Frakiya-Frigiya qəbilələrinin nəslindəndirlər, onların törəmələridirlər.”

E.ə. IV əsr Yunan tarixçisi Eidox da ermənilərin Frigiya mənşəli olduğunu təsdiqləyir: ”Frigilər və ermənilər eyni dildə danışırlar”.

Lakin siyasiləşmiş ermənişunaslığının xəyalları birbaşa qədim ilk mənbələrdə verilən danılmaz dəlilləri unudurlar. O zaman onlara XX əsr erməni elmi araşdırmaları korifeylərinin, aparıcı simalarının dəlillərini təqdim edək. Sankt-Peterburq Universitetinin professoru Nikolay Adonts [6] ermənilərin köçmələrinin öyrənərək yazıb:

“E.ə. VIII əsrdə Balkanlarda Frakiyada kimmer tayfaları peyda olmuş, onlar burada yaşayan  ermənilərin əcdadları ilə əlaqə saxlayırdılar və onları da özləri ilə götürərək, ŞərqəKiçik Asiyaya yönəlmişlə

Adontsun mövqeyini bölüşən başqa bir tanınmış ermenişunas alim akademik Manik Avekyan [10] vurğulayıb:

“Ermənilərin əcdadları eramızdan çox uzun zaman əvvəl Avropada, yunanlar və frakların əcdadlarının yaşadığı yerə yaxın yaşayırdılar. Oradan onlar Kiçik Asiyaya köç ediblər. ”

Yuxarıdakı fikir 1980-ci ildə professor Nersisyanın [10] redaktorluğu ilə nəşr olunan Erməni Xalqının Tarixi kitabında xülasələnibdir:

”Dəniz xalqlarının” yaxşı məlum olan köçləri dövründə, yəni eramızdan əvvəl XIII-XII əsrlərdə, ermənilər Balkanlardan qohum olduqları Frakiya-Frigiya tayfaları ilə birlikdə Kiçik Asiyaya keçiblər. ”

İndi isə eramızdan əvvəl II əsrin əvvəllərində Erməni Dövlətçiliyinin harada yarandığına baxaq. Budur onun lokalizasiya yeri – Fırat çayının sahilləri! Göründüyü kimi, bu dövlətin coğrafi çərçivəsinə nə Şərqi Anadolu, nə Kilikiya, nə də Kapadokya heç cürə daxil edilə bilməz, ona qalmış ki hələ Qafqaz! Bunu professor Riçard Avenesyan [7] da açıq şəkildə göstərmişdir:

”Qədim dövrlərdə Kilikiyadan Qafqaza qədər uzanan torpaqlar heç vaxt ermənilərə məxsus olmayıb.”

Yuxarıda istinad etdiyimiz professor Nina Qarsayan, Ermənistanın Qafqazın hüdudlarından uzaqda, yəni Kiçik Asiyada, Fırat çayının iki sahilində yerləşdiyini sübut etmişdir və bu təəccüblü deyil, çünki hələ Herodot ermənilərin yerləşmə sahəsini öyrənərək yazıb:

”Ermənilərin əcdadları Assuriyalılardan yuxarıda, Ermənistanla Kilikiyanı ayıran Fırat çayından yuxarıda idi.”

Fırat bölgəsində Ermənistanın rolu əhəmiyyətli deyildi. Bu barədə Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü Kiradiy Podkanov [10] yazıb:

“Ermənistan bir dövlət olaraq bəşər tarixində heç bir əhəmiyyətli rol oynamayıb. Onun adı ermənilərin istifadə etdiyi coğrafi bir termin olub”.

IV- VIII ƏSRLƏR. Ermənistanın Cənubi Qafqaza miqrasiyasının ilk dalğaları. QAFQAZ ALBANIYASINA GƏLİŞ. 387-ci ildə Bizans-Sasani müharibəsi nəticəsində Arşakid Ermənistanı tarix səhnəsindən silindi və ermənilər geniş bir əraziyə dağıldılar[ 10]. Məhz bu zaman erməni etnosunun Cənubi Qafqaza miqrasiya-sının ilk dalğaları da qeydə alındı. Diqqət yetirin ki, erməni -qriqoryan öncəsi kilsə öncə Fırat çayının başında yerləşən, Artsani kiçik çayın yanında, Aştişat kəndində məskən salmışdı. Arşakid Ermənistanından sonra kilsə ermənilərin yeganə rəhbəri oldu. Atəşpərəst Sasani və xristian Bizans imperiyaları arasında manevr edərək, ermənilər yaxın əraziyə səpələnirdilər, özəlliklə Cənubi Qafqaza uz tuturdular. Və bu proses ərəb xilafətinin bu meqa bölgədə hökmranlığı dövründə gücləndi. Erməni ruhanilərinin məkrli niyyəti mövqeləri ələ keçirmək, daha sonra isə Qafqazın qədim kilsəsinin – Alban Apostol Aftokefal (müstəqil)Kilsəsinin – tarixini ələ keçirmək idi. Sovet tarixçisi, ermənişunas Vortopekov [10] özünün Zaqafqaziyanın xristian abidələri kitabında erməni-qriqoryan kilsəsinin hərəkətlərini təsvir edərək yazır:

“Xristian bayrağı ilə silahlanmış erməni kilsəsi hər zaman tarixi Albaniya və onun ayrılmaz hissəsi olan Qarabağın xalqlarını məhv edirdi və tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Səfəvi hənadanlığına, sonra isə Rusiya İmperiyasına xidmət edirdi, necə ki, bir vaxtlar Bizansa, İran Sasanilərinə, Ərəb xilafətlərinə və Monqollara xidmət etmişdir. ”

704-cü il hadisələri birmənalı şəkildə bu hökmün doğruluğunu sübut etdi. Və sonra baxın nə baş verdi: Alban və Apostol Kilsəsinin katolikosu Nerses Bakur Bizansla daha yaxın olmağa qərar verir, erməni-qriqoryan kilsəsinin katolikosu İlya isə bunu Ərəb xəlifi Əbd-ül Məlikə məlumat verir [10]. Bundan sonra xəlif Alban kilsəsini erməni-qriqoryan kilsəsinə tabe edilməsi barədə fərman verir. Erməni katolikosları Alban kilsəsini öz nüfuzuna tabe etmək üçün əvvəlcə Sasanilərin, sonra isə Ərəb xilafətinin silahlı qüvvələrinin köməyinə əl atırdılar. Nəhayət, Alban kilsəsi erməni
katolikosunun xahişi əsasında 1836-cı ildə Peterburq Müqəddəs Sinodunun qərarı ilə ləğv edildi və daha yaşamadı. Alban kilsəsi b.e. 74-cü ilindən mövcud idi. Dərhal Alban mədəni təbəqəsinin məhv edilməsi prosesi başlayır. Erməni kilsə saxtakarlarının əlinə keçən Nerses Bakurun kitabxanası yandırılıb Tərtər çayına atılır. Beləliklə, Azərbaycan tarixinin ən dəhşətli bir faciəsi baş verir. Xalq özünün alban mədəniyyətini, əlifbasını, dilini, məktəbini unutmuş olur, tarixi ənginliklərdən qalan ulu yaddaşımız məhv olur. Bu dövrdən etibarən Alban kilsələrində və abidələrində erməni yazıları görünməyə başlayır [10].

Beləliklə, Qafqaza genişlənmə təzyiqinin ilk dalğası gəlmiş oldu və erməni xəyallarının işğalı başladı. Bu, 1836-cı il martın 11-də I Nikolayın Alban yeparxiyalarının erməni- qriqoryan kilsəsinin idarəçiliyinə verilməsi ilə bağlı sənəd imzalaması ilə başa çatdı [10]. Və bu kilsə “erməni məsələsinin” konturlarını Azərbaycan torpaqları istiqamətində çizirdi və təbliğ edirdi, həmdə Alban kilsəsinin arxivini tamamilə məhv edərək.

XV ƏSR. Həqiqət üzərində despotluq. Erməni kilsəsi, necə ki erməni krallığı, 15-ci əsrin ortalarında da dolaşan missiyasını davam etdirirdi. Kiçik Asiya bölgəsindəki ictimai-siyasi çöküşü səbəbindən ermənilərin vəziyyəti pisləşmişdi və erməni katolikosu Azərbaycan dövləti olan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şaha erməni kilsəsinin taxtını Kilikiyadan Qaraqoyunlu dövlətinin ərazisinə keçirtmək istəyi ilə müraciət edir [10]. Cahan şah buna icazə verir ​​və 1441-ci ildə erməni kilsəsi Qaraqoyunluya köç etmiş olur. Beləcə əzəli Azərbaycan torpaqlarında ilk erməni kilsəsi ortaya çıxır və burada, qədim Oğuz türklərinin torpaqlarında, erməni xoronları tərəfindən ifadə edilən həqiqət üzərində despotizmin açıq-aşkar əlamətləri özünü biruzə verirdi. Bəli, Cənubi Qafqazda erməni kilsəsinin taxtını quran məhz Cahan Şah olub! [10]

Kilsə taxtı ilə birlikdə katolikos Kiçik Asiyadan Cənubi Qafqaza həmdə Vağarşapat toponimini gətirmişdir, yəni Qafqazda olmayan, lakin Kiçik Asiyada yerləşən zaman var olan Arşakit Ermənistan paytaxtının adını gətirmişdir [10]. Və məhs bu Vağarşapatda IV əsrin əvvəllərində Echmadzin (eçmədcin) adlı balaca bir taxta kilsə tikilmişdir. XV əsrin ortalarından isə Kiçik Asiyadan gətirilən Vağarşapat Echmadzin adı, erməni kilsəsi ilə birlikdə artıq Azərbaycan dövlətinin ərazisində məskunlaşmışdır! Beləliklə, Kilikyalı qriqoryanlar Cənubi Qafqazdakı təsir dairələrini bu şəkildə təyin etdilər və zaman keçdikcə ermənilərin geniş ərazilərə sahiblənmə planlarının həyata keçirilməsi üçün poliqon, bir sınaq meydanı yaratmış oldular [10].

XVI ƏSR. Qafqazda Şərqi Ermənistanı və ya Orta Əsrlər Ermənistanı olmayıb! Erməni saxtakarları inadla ermənilərin işğal etdikləri əzəli Azərbaycan torpaqlarını “Şərqi Ermənistan” adlandırırlar. Onlar hələ də geniş ictimaiyyəti müasir Ermənistan Respublikası ərazisində guya Orta Əsrlər Ermənistanın mövcud olduğuna inandırmaq üçün bütün mümkün informasiya platformalarına hücum edirlər. Ancaq güc hər zaman faktın, gerçəklərin arxasındadır! Təkzibedilməzdir faktdır ki, XV əsrin əvvəllərindən İrəvan xanlığının yaranmasına qədər bu ərazini Qaraqoyunlu qəbilələr birliyinə daxil olan Türk Saadlı tayfasının başçıları idarə edirdi. Bu ərazinin adı Çuxur Saad idi [10]. Çuxur Saad hökmdarının, əmirin, ölümündən sonra onun oğlu 1413-cü ildə İrəvan şəhəri yaxınlığındakı Cəfərabad kəndi ərazisində bir ailə türbəsi tikdirmişdi.

Çuxur Saad Hökmdarları:

Əmir Saad (14-cü əsrin sonundan 1410 -cu ilə qədər)

Pir Hüseyn (1410 – 1413)

Pir Yaqub (Pir Hüseyn oğlu, 1420 -ci illər)

Əbdül  (Pir Hüseyn oğlu, 1440-cı illər)

Yaqub bəy (1440-cı illər)

Həsənəli Qаraqoyunlu (1460 -cı illər)

Div Sultan Rumlu (1515-ci ildən)

1531-ci ildə Azərbaycan Türklərinin Səfəvilər dövləti yarandıqdan sonra Azərbaycan inzibati-ərazi bölgüsünə görə dörd bəylərbəyliyinə bölündü: Çuxur Saad, Təbriz, Şirvan və Qarabağ [11]. Bəylərbəyliklər Şah İsmayılın oğlu 1-i Təhmasibin hakimiyyəti dövründə yaradılan hərbi inzibati hissələr idi. Onlardan biri də mərkəzi İrəvanda olan Çuxur Saad idi. O dövrdə İrəvan və Naxçıvan ilkə idilər, yəni Ustaclı Qızılbaş qəbiləsinin yaşadığı yer idi. Nadir şah Avşarın hakimiyyəti dövründə bəylərbəyliklər ləğv edildi və 1738-ci ildən başlayaraq İrəvan torpaqları Azərbaycan əyalətinin tərkibinə keçdi [10].

Çuxur Saadadın bəylərbəylikləri:

Hüseyn xan Sultan Rumlu (1550-ci ilə qədər)

Şahqulu Sultan Ustaclı (1550-1575)

Məhəmməd xan Toxmaq Ustaclı (1576-1583)

Lələ Paşa (1577)

Xıdır Paşa (1583)

Məhəmməd Şərif Paşa (1604-cü ilə qədər)

Əmirgün xan Qacar (1604/5- 1625)

Təhmasibqulu xan Qacar (1625-1635)

Fərhad Paşa (1635)

Kəlbalı xan (1636-1639)

Çəqata Kətük Məhəmməd xan (1639/40-1648)

Xosrov xan (1648- 1652/53)

Məhəmmədqulu xan Lələ bəy (1652/53- 1659/60)

Nəcəfqulu bəy (1659/60-1663)

Abbasqulu xan Qacar (1663- 1666)

Səfi xan (Alxas Mirzə) (1666/67 – 1674)

Sarıxan bəy (1674- 1675)

Səfiqulu xan (1675- 1679)

Zal xan (1679- 1688)

Murtuzaqulu xan (1688-1691)

Məhəmmədqulu xan (1691-1694)

Zöhrab xan (1694-1699)

Fərzəli (Fətəli xan) Qacar (1699-1705)

Əbdül Məhəmməd xan (1705-1709)

Mehrəli xan (1709-1719)

Allahqulu (1719-1725)

Rəcəb paşa (1725-1728)

İbrahim paşa və Mustafa paşa (1728-1734)

Əlipaşa Dəfdərdar (1734)

Hacı Hüseyn paşa (1734)

Məhəmmədqulu xan (1735)

Pir Məhəmməd xan (1736)

1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Avşarlar dövləti parçalandı və nəticədə 20-dən çox Azərbaycan xanlığı yarandı. Çuxur Saadın ərazisində 23,8 kvadrat verst olan İrəvan xanlığı yarandı. Bir sözlə, bu torpaqda heç vaxt “Şərqi Ermənistan” və ya “Orta Əsrlər Ermənistanı” olmayıb! [10]

İrəvan xanlığı tərifi sonradan Erivan əyalətinə çevrildi və bunun əsasında öncə Ararat Respublikası yarandı, sonra Sovet Sosialist Ermənistan Respublikası yarandı, və saxtakar ermənişunaslar bu ərazini ”Şərqi Ermənistan” adlandırmağa başladılar. Bununla yanaşı, çox səliqəli yazılmış orta əsrlərin ilkin mənbələri mövcuddur ki, onlar tarixi həqiqətlərin real şahidləridir, və onlar mübahisəsiz şəkildə sübut edir ki, erməni əhalisi 17-ci əsrdə İrəvanda yaşamamışdır. Bu mənbələr arasında məşhur fransız səyyahı Jan Şardinin (Jean Chardin) gündəliklərini qeyd etmək olar. Chardin öz əsərlərində yazır ki, 1673-cü ildə İsfahana səyahət edərkən o, İrəvandan keçir və oranı ötəri ziyarət etmiş olur. Chardinin gündəliklərində ermənilər haqqında heç bir element, heç bir kəlmə də yoxdur. Lakin o, İrəvan şəhərində “saf Səfəvilər” in yaşadığını vurğulanır [11].

İrəvan xanları:

Mehdi xan Qasımlı (Avşar) (1747-1748)

Məhəmməd Hüseyn xan Gəraylı (1748-1751)

Xəlil xan Özbək (1751- 1755)

Həsənəli xan Qacar  (1755-1759)

Hüseynəli xan Qacar (1759/60-1783)

Qulaməli xan Qacar (1783-1784)

Məhəmməd Hüseyn xan Qacar (1784-1805)

Mehdiqulu xan Qacar (1805-1806)

Əhməd xan Maraginskiy (1806, avqust-оktyabr)

Hüseyqulu xan Qacar (1806-1827, oktyabr)

Azərbaycan İrəvan Elitası:

Şahzadə Bəhman Мirzа Qacar

Həsən xan Qacar (İrəvan xanı Hüseynin qardaşı)

Vise- qubernator İsmayıl bəy Qazıyev və həyat yoldaşı Əfruz xanım

Molla Xəlil Qazi

İrəvan və Naxçıvan xanları:

Şəhruh Mirzə Qacar (çar ordusunun zabiti)

Fatimə xanım Hacibəyli (Hacıbeylinskaya)

Laçın xanım

Zivər xanım Qaziyev, Əlibəy Qaziyev

Hüseyn Qaziyev (Duma üzvü)

Kamal Kazımbəyov

Kərim Qaziyev

Şahzadə Bəhman Мirzа Qacarın nəslindən olan şəxslər

XVIII ƏSR. Böyük Ermənistan mifi öz səsini və iradəsini necə əldə etdi? Əzəli tarixi Azərbaycan torpaqlarında məskunlaşan erməni-qriqorian kilsəsi, erməni dövlətçiliyini dirçəltmək üçün layihələr planlaşdırırdı. [10]

XVII- XVIII ƏSRLƏR. Cənubi Qafqazda və Avropada erməni ekspanisizmi. Bu layihələr 18-ci əsrin əvvəllərində eyni vaxtda iki istiqamətdə erməni ərazi genişlənməsi məsələsinin əsasını qoymuşdur. Erməni ekspansionist fəaliyyəti Cənubi Qafqazda və Avropada eyni vaxtda iki istiqamətdə başladı. 18-ci əsrin əvvəllərindən başlayaraq ermənilər eyni vaxtda iki istiqamətdə geniş hərəkət edirdilər: Avropa (Vatikan) – Vyanadakı Mxitarist Ordeni və Rusiya imperiyası [10].

1701 ilErmənilər Avropa dövlətlərinin və Rusiyanın hökumət dairələ-rinə girməklə öz gərəzli hiyləli siyasətini aparmışlar. Avropada bu prosesin əsasını 1701-ci ildə Katolik rahiblərinin Ordenini quran Mxitar Sebastasiya qoymuşdur. Rahiblərin prioritet məşğuliyyəti qədim əlyazmaları yenidən öz gərəzli siyasətlərinə uyğun yazmaq idi. Tarixi tərsinə çevirən Mxitaristlər saxta mənbələrdən ibarət geniş bir kitabxana yaratdılar, erməni xalqının mifik tarixinə dair kitabların çap olunduğu mətbəə açdılar. [10]

Beləliklə, Mxitaristlər Ermənistan dövlətçiliyinin dirçəlişi ideyası üçün yalnış nəzəri əsas yaratdılar. Məqsəd ermənilərin maraqlarını Avropa ölkələrinin elit hissəsinin şüuruna yeritmək idi. Bunun üçün Vatikanın dəstəyi lazım idi və Mxitar katolikliyi qəbul edərək Vatikanın tam dəstəyini ala bildi. Bu, da gözlənilən nəticəni verdi. [10]

1717-ci ildə Papanın göstərişi ilə Venesiya Respublikasının xüsusi fərmanı ilə mənzərəli San Lazar (Saint-Lasare) Mxitar Ordeninə hədiyyə verildi. Papanın göstərişi ilə mənzərəli San Lazar Venesiya Respublikası-nın xüsusi sərəncamı ilə Mxitar ordeninə təyin edilir və ora onların sancağı oldu. Sonra isə, Ordeninin Venyada bölməsi fəaliyyətə başladı və beləliklə Mxitaristlərin simasında Böyük Ermənistanın saxtakarlığı öz iradəsini həyata keçirə bildi, bütün Avropa səs qazanmağa bacardı. Bu vaxtdan etibarən erməni uydurmalarının çərçivəsi Avropanın qəlbində əməlli başladı. [10]

Həmin il, yəni 1701-ci ildə Rusiyada Böyük Ermənistan mifin digər müəlliflərindən biri, erməni-qriqorian kilsəsinin emissarı İsrail Ori tərəfindən fəaliyyətinə başlandı. Onun əsas məqsədi Qafqazda erməni çarlığının yaranması idi və o bu məqsədə nail olmaq məqsədi ilə yola çıxdı. Ori əvvəlcə Avstriyaya getdi, ancaq orada ona dəstək vermədilər. Bu dövrdə Rusiya cənubdakı təsir dairəsini Qafqaza doğru genişləndirmək niyyətində idi və Ori bundan istifadə etmək qərarına gəldi, çünki Rusiyanın xarici siyasətinin konturları ermənilərin alqoritmləri ilə üst-üstə düşürdü. [10]

1701-ci ildə varlı erməni torpaq sahibləri, mülkədərları adından Ori Böyük Pyotra, İ Pyorta müraciət edir ki, ”Əlahəzrətləri, xahiş edirik erməniləri rus taxtının özəl himayəsinə götürün”. 1753-cü ildə isə Ori Rusiya çarına İrəvan qalası və Zəngəzurun daxil olduğu Böyük Ermənistanın xəritəsini təqdim etmişdir. Məktublarında Ori çara izah edir ki, Cənubi Qafqaz xəyalına aparan yol İrəvan qalasının zəbtindən keçir. Onun məktublarında İrəvan qalasının strateji və siyasi əhəmiyyəti baxımından coğrafi mövqeyi və müdafiə imkanları haqqında ətraflı məlumat verilmişdir. Rusiya imperatorunu rus qoşunlarını Cənubi Qafqaza yeritməyə çağırarkən Ori türklər haqqında yazır ki,

Müharibə vasitəsi ilə onlar heç nəyə nail olmayacaqlar, çünki burada öncə tutulması gərəkən yeganə şəhər Yerevandır.” [10]

Erməni kilsə xadimləri Ori ilə birlikdə fəal hərakat edirdilər. Eyni illərdə arxiyepiskop Nenax Rarvazyan çara yazmışdı: [10]

“Bizim məqsədimiz İrəvanın sahibi olmaqdır. Əgər biz İrəvanı işğal edə bilsək, onda türklər və farslar bizə heç nə edə bilməyəcəklər. ” 

İsveçlilərlə uzun müharibə və Böyük Pyotrun ölümü XVIII əsrin əvvəllərində ermənilərin bu məkrli planlarının həyata keçirilməsinə mane oldu. [10]

Rus imperatoruna etdiyi müraciətdə katolikos onu inandırmağa çalışırdı ki, bir növ söz verir di, ermənilər İrəvanı və onun ətraflarını ələ keçirmək üçün bu torpaqlara rus qoşunlarının gəlməsini səbirsizliklə gözləyirlər. [10]

Göründüyü kimi, İrəvanı ələ keçirmək planı qacarların Rus-Qacar  (Rusiya – ”İran”) müharibəsində məğlub olmasından və erməni təcavüzkar siyasətinin məntiqi təsdiqi olan Türkmançay sülh müqaviləsinin imzalanmasından çox əvvəl hazırlanmışdı. [10]

XIX ƏSR. Ermənilərin işğal metodologiyası. Detallarda gizlənən şeytanlıq. 18-ci əsrdə kilsə xadimlərinin apardığı estafeti, yəni Böyük Ermenistan uğrunda bu məkrli dəyənəklərini, 19-cu əsrdə artlq arxiyepiskop, baş yepiskop Nerses Aştarektse, öz üzərinə götürdü. [10] Türkmançay müqaviləsində ermənilərin xeyrinə qullanacaq maddələrin meydana gəlməsində əhəmiyyətli rol oynadı. 1827-ci ilin oktyabrında İrəvan qalasının yıxılmasından dərhal sonra Nerses ermənilərin İrivan xanlığı ərazisinə köçürülməsi üçün xüsusi bir layihə hazırladı. Bunu Nersesin çar ordusunun polkovniki Lazar Lazarevə yazdığı məktub sübut edir: [10]

“Mən Zati-alilərinizə I. Paskeviçin bütün ermənilərin Persiyadan köçürülməsi ilə bağlı  müraciət etdim və indi bu barədə Zati-alinizdən acizanə xahiş edirəm, Paskeviç’i təşviq edin ki, danışıqlar aparılarkən müqaviləyə Ermənistanın Böyük Rusiya imperiyasının himayəsi altına alınması barədə məqalə daxil etməyi unutmasın, ermənilər İranın şəhər və kəndlərindən sərbəst qayıda bilsinlər. ”

1827-ci ilin noyabrında Nerses ermənilərin köçürülməsi ilə əlaqədar Xoydan Griboyedovun və general Paskeviçin huzuruna nümayəndə heyəti göndərdi ki, onlar yaxşıca xahiş etsinlər. Gördüyümüz kimi, 2 ay ərzində Nerses Paskeviçə israrlı şəkildə təzyiq göstərərək, onu ermənilərin Persiyadan Cənubi Qafqaza köçürülməsini qanuni əsaslarla gətirməyə məcbur etdi. Və bacardı, yəni istədiyinə nail oldu. [10]

Artıq 1827-ci ilin dekabrında, yəni Türkmançay müqaviləsinin imzalanmasına iki ay qalmış, Paskeviç Tiflisin hərbi qubernatoru Nikolay Sipyaginə məktub yazır və məktubda  Urmiya ətrafında yaşayan 15.000 Aysorların (assyrianlar) və erməninin Rusiya əyalətlərinə köçmək istədiklərini göstərdi. [10]

Aştarekeya’nın hərəkətinin ekspansionist yönümünü həmdə aşağıdakı bir fakt sübut edir. [10]

İran taxtının vəliəhdi Abbas Mirzə polkovnik Lazarevə yazdığı məktubda kilsələri camaatı köçməyə təşviq etməkdə günahlandırır. Abbas Mirzə bildir ki, monastır Eçmiadzində (Üç kilisədə) xadimləri İrandakı erməni din xadimlərinə müraciətində, erməniləri sözün həqiqi mənasında köçməyə məcbur edirlər, onlara hədə-qorxu gəlirlər ki, əks halda kilsələrin Anafemaya verəcək. Pers dövlətindəki yepiskop Salnas İsrail, ermənilərin zorakı köçürülməsini dayandırmağa çalışdı və onda Nerses qraf Paskeviçə müraciət etdi və ondan Xoy bölgəsinin komendantı Salnas İsraili Eçmiadzinə göndərməsini xahiş etdi. Eçmiadzində də  Salnas İsraili qəddar cəza gözləyirdi. Gördüyünüz kimi, hədəfə çatmaq üçün erməni siyasətçiləri heç kimə acımırlar, və şeytan kimi hər bir detalı da qullanmağı bacarırlar. [10]

Bir çoxları güman edirlər ki, Türkmançay müqaviləsinin mətnin özündə konkret olaraq ermənilərin Pers dövlətindən (İrandan) Rusiya əyalətlərinə köçürülməsi yazılır. Ancaq bu belə deyil! Türkmançay müqaviləsinin üçüncü maddəsində yazılır ki, İran şahı İrəvan və Naxçıvan xanlıqlarını Rusiya imperiyasına güzəştə verir, Rusiya imperiyasının ixtiyarına verir. [10]

Türkmançay müqaviləsinin on beşinci maddəsində isə (bu maddəni ermənilərin təklifi, israrlı xahişi ilə məşhur rus yazışısı, diplomat Aleksandr Griboyedov tərtib etmişdi) yazılır ki, Azərbaycan adlanan bölgənin bütün sakinlərinə və məmurlarına Pers dövlətinin ərazilərindən Rusiya İmperatorluğunun bölgələrinə sərbəst keçmək üçün bir il müddət verilir. Müqavilənin mətnində ermənilər sözü yoxdur. Niyə? Çünki Rusiya İmperiyası Cənubi Qafqazı konkret olaraq ermənilərlə deyil, ümumiyyətlə xristianlarla doldurmaq niyyətində idi. [10]

Polkovnik Lazarev köçüb təzə torpaqlarda məskunlaşmasına müqavimət göstərən ermənilərə erməni deyil, xristian deyərək müraciət edirdi. Lazarevin Paskeviçə verdiyi 24 dekabr 1829-cu il tarixli hesabatında xristianların Pers dövlətinin (Şahen-şahe-İran) ərazisindən Rusiya dövlətinin ərazisinə, yəni yeni əldə etdiyi İrəvan və Naxçıvan vilayətlərinə, köçürülməsi qeyd edilir. Həmin hesabatda Lazarev yazır ki, artıq 8000-dən çox erməni ailəsi və 108 aysor ailəsi köçürülmüşdür və o, Paskeviçi əmin edir ki, aysorları köçməyə razı salmaq olmur, onlar yalnız müqavimət göstərirlər [10].

Sadəcə, erməni kilsəsi Rusiya imperiyasının Cənubi Qafqaz siyasətini qullanaraq, fəal şəkildə Azərbaycan torpaqlarının erməni müstəmləkəsinə çevirmişdi. Bu layihənin sonuçu olaraq Rusiya hökuməti özünün digər layihəsindən – 80.000 kazakın Pers dövlətinin sərhədi boyunca kəndlərə köçürülməsi – vaz keçəsi olur [10].

Qarabağa gəldikdə isə, Çar Rusiyası hələ Türkmançay müqaviləsinin imzalanmasından öncə erməniləri bu ərazidə yerləşdirirdi. Məsələn, 1804-cü ildə general Tsitsianov Pers dövlətinin ərazisindən 16000 aysoru Azərbaycan torpaqlarına köçüb məskunlaşmağa dəvət edirdi. [10]

Xatırladaq ki, Rus-Iran müharibəsi (1804-1813) zamanı Qarabağ xanlığının hökmdarı İbrahim Xəlil xan 1805-ci il 14 mart tarixində general Tsitsianovla xanlığın Rusiya hakimiyyətinə keçməsi ilə əlaqədar Kürükçay müqaviləsi imzalamışdı. Öz növbəsində çar I Aleksandr Qarabağ xanlığının bütövlüyünün qorunması üçün İmperatora zəmanət vermişdi. [10]

Lakin bir həftə sonra Tsitsianov 1805-ci il 22 may tarixli məruzəsində vurğulayır ki, Qarabağ coğrafi mövqe baxımından Azərbaycan və Pers dövlətinin qapısıdır və bu səbəbdən uzunmüddətli müstəmləkə siyasətinin aparılmasını təklif edir. Bu da erməni kilsə-siyasi cərgəsinə manevr etmək üçün şərait yaratmış olur. [11] İkinci Rus-İran müharibəsi (1826-1828) Türkmançay sülh müqaviləsi ilə nəticələnir.

İsveçli alim Svante Kornel yazır: [8]

“Rusiya hökümətinin 1823-cü ildə apardığı əhalinin siyahıya alınma sənədlərinə əsasən, ermənilər Qarabağın ümumi əhalisinin 9% -ni təşkil edirdi (qalan 91% əhali müsəlman olaraq qeydiyyata alınmışdı). 1832-ci ildə ermənilərin nisbəti 35% göstərilir və 1880-ci ildə onlar 53% olmaqla əksəriyyət təşkil edirdilər.”

10 fevral 1828-ci il tarixli Türkmançay müqaviləsi imzalanandan sonra ermənilərin əzəli, tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi nəticəsində Cənubi Qafqazda onların sayı kəskin artmışdı. 1828-ci ildə İrandan və Osmanlı İmperiyasından köçürülmüş ermənilərin sayı artıq 120 mindən çox idi. [10]

Amerikalı professor Corc Burunutyan yazırdı: [9]

“Pers dövlətinin idarəçiliyi illərində, bu bölgənin heç bir yerində erməni əhalisinin çoxluğuna dair bir dəlil yoxdur, ermənilər yalnız bu bölgələr Rusiya imperiyası tərəfindən fəth ediləndən sonra bu bölgələrdə çoxaldılar. Minlərlə müsəlmanın bu bölgələrdən qovub və yerinə Pers dövlətindən və Osmanlı imperiyasından 57.000 erməni mühacirinin gəlməsi ilə 1832-ci ilə qədər xristian əhalisi əhəmiyyətli dərəcədə artdı və onların sayı müsəlmanların sayı ilə bərabərləşdi. Amma yenə də, yalnız iki Rusiya-Osmanlı müharibələrindən sonra, 1855-56 və 1877-78-ci illər, Osmanlı İmperiyasından bölgəyə daha çox erməninin gəlməsi nəticəsində, və bölgədən daha çox müsəlmanların köçürülməsi nəticəsində, ermənilər nəhayət burada əhalinin əksəriyyətinə çevrilə bildi. Və bundan sonra da, ta 20-ci əsrin əvvəllərinə qədər, İrəvan əsasən müsəlman şəhəri olaraq qalırdı”.

Əgər Türkmənçay müqaviləsi bağlanmazdan əvvəl, 1828 ci il 10 fevral (22) tarixinə qədər, İrəvan və Naxçıvan xanlıqları ərazisində ermənilər 25.151 yaşayırdılarsa, həmin tarixdən sonra ermənilərin sayı 81.610 nəfərə çatmışdır. Başqa sözlə, ermənilərin nisbəti 3,3 dəfə artmış, Azərbaycan əhalisinin nisbəti isə 77.9 faizdən 46.7 faizə enmişdir. Bununla da, əsas millət olan Azərbaycan türkləri isə demoqrafik çuxura yığılmışdı. [10]

XX ƏSR. «Torpaqsız əcnəbilər olan ermənilər geniş əraziləri ələ keçirdilər…» 1911-ci ildə, Qarabağ xanlığının Rusiyaya ilhaqından, birləşməsindən, təxminən 100 il sonra, Qafqazdakı Rus Vətənpərvərlər Cəmiyyətinin sədri Nikolay Lavrov ermənilərin Cənubi Qafqazdakı təcavüzkar, işğalçı metodologiyasının mahiyyətini dəqiq təsvir etmişdi: [10]

”Köçmənlərin, gəlmələrin çoxunluğu ermənilərin payına düşür: demək ki, Zaqafqaziyada yaşayan 1,300.000 ermənidən 1.000.000-dn çoxu bu bölgənin yerli kökənli sakinləri deyillər. Onları buraya biz gətirmişik. Vicdansızcasına, yalanlardan geniş istifadə edərək, torpaqsız əcnəbilər olan, gəlmələr olan, ermənilər artıq yerli əhalinin torpaqların geniş ərazilərini ələ keçiriblər. 1866-cı ildə general- leytenant Sheremetyev özünün ”Всеподданнейшая записка” (İxlaskar Qeydində) Zaqafqaziyada yaşayan ermənilərin sayını təxminən 900.000 nəfər olaraq verir və 1908-ci ildə isə artıq 1,300.000 nəfər, yəni bu müddət ərzində cəmi 42 il ərzində onların sayı 400.000 nəfər artmışdı”.

Azərbaycan torpaqları ermənilər tərəfindən kütləvi şəkildə məskunlaşdırıldıqdan sonra, torpaq acgözü olan erməni millətçiləri və hərbçiləri üçün zəmin yaradıldı. [10]

“Ermənilərə yeganə həqiqi dəstək Sovet Rusiyası tərəfindən verildi. 1923-cü il 27 yanvar yoldaş Çiçerin Lozanna konfransında Rusiya və Ukrayna hökumətlərinin xaricdə olan xeyli sayda erməni qaçqınlarını öz ərazilərinə yerləşdirmək niyyətində olduğunu bildirdi».

Çar Rusiyası Böyük Ermənistan etnomifinin minnətdarlarına verdiyi kart blanş sayəsində Cənubi Qafqazda onların xəyalları baş alıb getdi. 1828-ci ildə Türkmançayda Ruslar bizim torpaqlarda elə bir “bomba” qoydular ki, uzun sürə sonra partlayan bombalardan, bu bomba 100 il sonra 1988-ci ildə Dağlıq Qarabağda partladı. [10]

Ancaq bu Dağlıq Qarabağ tarixinin sonu deyil!

XXI ƏSR. Dağlıq Qarabağda ikinci erməni dövləti olmayacaq! Çünki gerçəkliyi hakim qüvvələr deyil, zaman çözür! Vaxtın silinməz möhürü heç kimə rəhm etmədiyi kimi, həqiqətin də sərt möhüründən heç kim qaça bilməz! Tarixdə hökmdar yalnız faktdır, faktın gücü isə Azərbaycanın tərəfindədir! Bunu bilən Azərbaycan xalqı suveren Azərbaycan dövlətinin siyasi təzahürünü dünya ictimaiyyətinə inamla təqdim etməlidir!

Zəngəzur Mahalı bizim tarixi diyarımızdır!

MƏNBƏLƏR və REFERENSLƏR:

[1] SƏLALƏ HƏSƏNOVA. ”ХРОНИКИ ПЕРЕСЕЛЕНИЯ АРМЯН НА КАВКАЗ” . YOUTUBE SƏNƏDLI FILM HTTPS://WWW.YOUTUBE.COM/WATCH?V=QDAKGJFSOOO&FEATURE

[2] Бунак, В.В. Черепа железного века из Севанского района Армении, – ”Русский антропологический журнал”, т. XVII, вып. 3-4, 1928

[3] Гарсоян Нина. ”Возникновения Армении” в книге ”Армянский народ с древнейших времён до современности” под ред. Р. Дж. Ованисяна, Нью-Йорк, 1997

[4] Дьяконов, И.М. Предыстории армянского языка. Ереван. 1966

[5] Геродот. Кн. Первая. Издательство 2-е. Выпуск первый, Москва, 1882

[6] Aдонц, Н. Г. Армения. Новый энциклопедический словарь (НЭС) Брокгауза-Ефрона, том 3, Санкт-Петербуг, 1910

[7] RIÇARD AVANESYAN. RICHARD G. HOVANNISIAN. THE REPUBLIC OF ARMENIA, VOLUME I: 1918-1919. — LONDON: UNIVERSITY OF CALIFORNIA PRESS, 1971. — 547 С. — ISBN 0-520-01805-2.

[8] Соrnell, I. Svante. Transcaucasia. Nationalism and Social Change. Essays in the History of Armenia, Azerbaijan and Georgia. 1996.

[9] Burutunyan, Corc. Бурутунян, Джордж. Этнический состав и социально-экономическое положение в Восточной Армении в первой половине XIX века. В книге ”Закавказье: национализм и социальные изменения” под ред. Рональда Григора Суни, 1996.

[10] ХАДЖАР ВЕРДИЕВА, РАУФ ГУСЕЙН-ЗАДЕ. ”РОДОСЛОВНАЯ” АРМЯН И ИХ МИГРАЦИЯ НА КАВКАЗ С БАЛКАН. БАКУ, 2003.

[11] Verdiyeva, Həcər. https://www.turkishnews.com/ru/

Гусейнзаде Р.А. Кавказ и армяне. Баку. 2014

 ДЖОРДЖ БУРНУТЯН. РАЗДЕЛ «EASTERN ARMENIA FROM THE SEVENTEENTH CENTURY TO RUSSIAN ANNEXATION» В КНИГЕ «THE ARMENIAN PEOPLE FROM ANCIENT TO MODERN TIMES, VOLUME II: FOREIGN DOMINION TO STATEHOOD: THE FIFTEENTH CENTURY TO THE TWENTIETH CENTURY». ПОД РЕДАКЦИЕЙ Р. ОВАННИСЯНА

Аббас-Кули-Ага БакихановГюлистан-и Ирам («История восточной части Кавказа»). — Баку, 1991

Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. // Грибоедов А. С. Полное собрание сочинений: [В 3 т.]. — Пг.: Изд. Разряда изящной словесности Акад. наук, 1911—1917. — Т. 3. — 1917. — С. 267—270

Грибоедов А. С. Письмо Паскевичу И. Ф., графу, 1 октября 1828 Архивная копия от 12 октября 2009 на Wayback Machine // Грибоедов А. С. Сочинения. — М.: Худож. лит., 1988. — С. 611—614.

Грибоедов А. С. Записка об учреждении Российской Закавказской компании// Грибоедов А. С. Сочинения / Подгот. текста, предисл. и коммент. В. Орлова. — М.; Л.: Гослитиздат, 1959. — С. 471—477.

Mənbə: Fedai.az