Ermənistan ABŞ-ın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara çoxdan tüpürüb.
Bu «cəsarətli addımda» özünü səfirdən çox terror qruplaşmasının üzvü kimi aparan xanım səfir Linn Treysinin də şübhəli xidmətləri var. Şuşaya səfərdən imtina edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer isə feministlərlə bağlı başı çox qarışıqdır. Onun da öz ölkəsinin sanksiyasının pozulmasına reaksiyası yox dərəcəsindədir.
Xatırladaq ki, ABŞ-ın İrana tətbiq etdiyi birtərəfli son sanksiyasına görə, Tehran hakimiyyətinə dollar satılması, qızıl və başqa qiymətli metalların ticarətinin edilməsi qadağan olunub. Bundan başqa, ölkənin poladəritmə, daş kömür, avtomobil, mülki aviasiya, habelə tətbiqi sənət sahələrinə sanksiya tətbiq edilmişdi. İranın xarici borclarının bağışlanması da sanksiyalar çərçivəsində yasaqlanıb.
Həmçinin, 2018- ci il 6 maddəlik sanksiya paketinin birinci maddəsi İslam Respublikasının Gəmiçilik Nəqliyyatı xətlərini, Cənub Gəmiçilik Nəqliyyatı Xətti kimi şirkətlər və onlara bağlı müəssisələri əhatə edir. İkinci və üçüncü maddələr neft sektoruna aiddir. Bu, İranın Milli Neft Şirkəti (NİOC) və Milli Tanker Şirkəti (NİTC) kimi qurumları əhatə edir. Bundan başqa, İrandan xam neft və neft, neft-kimya məhsullarının satın alınması beynəlxalq məhdudlaşdırıcı tədbirlərə daxil edilib. Dördüncü maddə İran Mərkəzi Bankı və ölkənin bəzi maliyyə qurumlarına aiddir. Beş və altıncı maddələr isə vasitəçilik və sığorta şirkətləri ilə İranın energetika sektoruna tətbiq olunan məhdudiyyətlərlə bağlıdır.
M.Pompeo bildirmişdi ki, avropalı tərəfkeşlər qabaqcadan bu ölkədən öz bizneslərini çıxarmağa başlayıblar. Yüzlərlə şirkət İranı tərk etdi. İranın gündəlik milyon barelldən çox xam neftinin ixracını azaltmışıq. Bu rəqəm (İran neftinin çatdırılması) sonra da azalacaq. Artıq bir neçə ölkə İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldıb. İranın neft ixracatını sıfıra çatdırmaq üçün bir az daha vaxt lazımdır.
Son məlumatlara əsasən, İran gündə 3,8 milyon barel neft hasil etdiyi halda, 2,3 milyon barelini isə ixrac edir.
ABŞ rəsmisi qeyd etmişdi ki, rəsmi Tehran vəziyyətdən çıxmaq üçün “qara bazar”a da neft çıxara və ya bu istiqamətdə alver etdiyi dövlətlərə qeydiyyata alınmayan neft sata bilər. Bu, çox təhlükəli və riskli olduğundan onun alıcılarının yetərli olacağı da gözlənilmir.
Yeri gəlmişkən, ABŞ 8 ölkəyə İran neftinin idxalı üçün güzəşt edib.
Həmin dövlətlərin arasında Türkiyə, Hindistan, Çin, Yaponiya, Cənubi Koreya və s. var. Amma bu siyahıda ermənistanın adı yoxdur və bu ticarət səfir xanım Linn Treysinin tez-tez gəzib dolaşdığı Sünikdə (Zəngəzur) aydınca görünür. Bu ticarəti «çox təhlükəli və riskli olduğunu» elan etmiş ABŞ-ın rmənistandakı və Azərbaycandakı səfirləri niyə öz dövlətlərinin maraqlarını qorumadıqları sualı yaranır. Yəqin ki, bu cavabın ən yaxşısını elə Linn Treysi xanım bilir…
…Biz hələ sanksiya altında olan Rusiyanın İran vasitəsiylə Ermənistan və Qarabağa silah ötürməsindən söz açmırıq. Çünki Treysi xanımın «başı çox qarışıqdır»…
Mənbə: Fedai.az