Erməni KİV-ləri qeyd edirlər ki, miqyası və xarakteri baxımından hələ indiyədək ehtiyatda olan hərbi qulluqçuların orduya çağırılması bu səviyyədə mümkün olmamışdır.
Birinci mərhələ üç ay müddətinə 25 Avqustda başladı, ikinci üç aylıq mərhələsi 15 sentyabrda başlayır. Erməni mətbuatı yazır ki, beləliklə ilin sonuna qədər bir neçə min ehtiyatda olan şəxsi “hərbi bacarıqların” yoxlanılması planlaşdırılır.
Hərbi şərhçi Narek Nersisyanın sözlərinə görə, 15 il ərzində Ermənistanda bu miqyasda heç bir təlim düşərgəsi təşkil olunmayıb, baxmayaraq ki, müdafiə haqqında qanun hər il təlimlərin keçirilməsi üçün məcburi şərt qoyub.
Lakin müdafiə büdcəsində hərbi təlimə xərclənmək üçün ayrıca bir maddə yoxdur. Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür.
Ancaq deyim ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi və hətta elmi baxımdan müharibə yalnız tərəflərdən biri qalib gəldikdə bitir. Əlbəttə ki, ciddi insan və ərazi itkiləri verdik (məğlub erməni tərəfinin Ermənistanda hansı ərazi itkilərindən danışdığı bəlli deyil, deyəsən heç kim Ermənistanın ərazi bütövlüyünə təcavüz etməmişdir – ), ancaq müharibə bitmədi. Bu baxımdan bu cür toplanışların heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir”, – Nersisyan Sputnik Ermənistan -a bildirib.
Transqafqaz.com