“Saat 17:00-a olan məlumata görə, 12 erməni hərbçisi – 7 müqaviləli əsgər, 5 çağırışçı əsir götürülüb. Müdafiə Nazirliyi vəziyyətlə bağlı müntəzəm açıqlamalar verməyə davam edəcək”, – Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Azərbaycan ordusunun təxribat törədən və Azərbaycan sərhədini pozan erməni hərbçilərinə qarşı keçirdiyi əməliyyat nəticəsində əsir götürülən ermənilərin video və fotoları yayılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin əks hücumu hərbçilərimiz tərəfindən dəf edilib. Ermənistan tərəfinin təxribatına cavab olaraq düşmənin tank əleyhinə silahları və minaatanları sıradan çıxarılıb.
Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti və sursatları da məhv edilib.
Transqafqaz.com