Ermənistan sülhə hazırdır
“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna (sülh sazişi imzalamağa) hazırıq”, – Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyanın efirində, sülh müqaviləsinin imzalanmasının, İlham Əliyev və Nikol Paşinyan arasında Qranadada keçiriləcək görüşdə mümkünlüyü barədə suala cavab verərkən deyib.