Dağlıq Qarabağın “XİN başçısı” Masis Mailyan “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Ermənistan tərəfi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qohumlarının onlara baş çəkməsinə razılıq verib.
Bu azərbaycanlılar Qarabağda saxlanılırlar, 2014-cü ildə ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma yurdlarını ziyarət edərkən saxlanılıblar.
Mailyanın sözlərinə görə, bunun üçün yalnız onların qohumlarının razılığı lazımdır.
Öz növbəsində, Azərbaycan tərəfi Azərbaycanda saxlanılan iki hərbi qulluqçunun – Kazaryanların qohumlarının onlara baş çəkməsi üçün şərait yaratmalıdır.
Müvafiq mühitin yaradılması, risklərin azaldılması üçün bənzər addımlar atılmalıdır, deyə Mailyan bildirib.
Transqafqaz.com
Toğrul Lətifzadə