Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarına görə, İrəvanın Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə sülh müqaviləsi imzalamaq arzusu var.
Hər gün bu cür bəyanatlar daha çox olur, xüsusən də bir gün əvvəl Baş Nazir Nikol Paşinyan Azərbaycan hakimiyyətinə sülh müqaviləsi imzalamağı “özü təklif etdiyini”, sərhədlərin Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmış Sovet xəritələrindən istifadə edərək müəyyənləşdirilməsi planının məqbulluğundan danışdığını bildirib.
Eyni zamanda, praktikada isə Ermənistan tərəfindən konstruktiv addımlar əvəzinə, sırf hərbi təxribatlar, terror aktları və müharibədən sonrakı nizamlanma proseslərini dayandırmaq üçün digər cəhdlər həyata keçirilir.
Rusiya sülhməramlılarının məsuliyyət zonasına silah daşınır, Ermənistan hərbçiləri sərhəddə strateji yüksəklikləri işğal etməyə çalışırlar ki, bu da Yerevanın sülhsevər bəyanatları ilə heç bir şəkildə üst-üstə düşmür. Məsələn, Paşinyan Rusiya layihəsinin delimitasiyasını qəbul edirsə, niyə Azərbaycan tərəfi yüksəklikləri zəbt etsin? Onlar onsuzda sərhədin demarkasiyası zamanı Azərbaycan tərəfində qalacaqlar. Yəni erməni tərəfinin o şərhi ki, Azərbaycan hücüm edən tərəfdir – məntiqsizlikdir
Ermənistanın davranışının hazırkı qeyri-müəyyənliyini müəyyən edəcək hansısa gizli sirlər varmı?
Həqiqətən də belə bir sirlər var. Ermənistan parlamentində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası çoxluq təşkil edir. Parlament çoxluğu Paşinyan rejiminə istənilən qanunları qəbul etməyə imkan verir, lakin onların icrasına zəmanət vermir, çünki Paşinyan “inqilabçıları” hələ də Ermənistana tam nəzarət etmirlər.
2018-ci ilin “məxməri inqilab” zamanı Qarabağ klanı liderlərindən biri Serj Sarkisyanın Baş Nazir postundan istefasına razılaşmağa məcbur olsa da, o, Ermənistanın hərbi çevrələrində mövqelərini tam itirməyib.
Sarkisyan kölgəyə çəkilsədə klanın ikinci lideri, erməni millətçiliyinin müasir Njde-faşist ideoloqiyasının rotoru Robert Köçəryan barəsində məhkəmə işi getsədə onların adamları hərbi strukturlarda qalmışdır.
“İnqilab” aysberqin görünən tərəfini təmizlədi, lakin onun görünməyən sualtı hissəsi yox olmadı. Hakimiyyətdə olduğu 2,5 il müddətində Nikol Paşinyan daxili siyasi sahədə yalnız bir işlə məşğul idi – ölkəsini Sarkisyan-Köçəryan cinayətkarlarından təmizləmək.
Anlamaq lazımdır ki, söhbət iyirmi nəfərdən, hətta yüz nəfərdən getmir – Robert Köçəryan Ermənistanın Baş Naziri olduğu 1997-ci ildən öz adamlarını vəzifələrə qoymuşdur. Paşinyanın qarşısında duran vəzifə Serj Sarkisyanın 21 il ərzində Ermənistanın bütün dövlət aparatını Qarabağ cinayətkar klanından təmizləmək olmuşdur. Bu, nəhəng kadr sistemidir ki, Ermənistanı 21 il bölünməz idarə etmişlər.
Beləliklə, hakimiyyətə gələn Paşinyanın qarşısında sözün əsl mənasında hamısını işdən çıxarmaq və silahdaşlarını işdən çıxarılanların yerinə qoymaq vəzifəsi dururdu.
Təbii ki, hamını işdən çıxarmaq mümkün deyildi. Həm də ona görə ki, Paşinyanın komandasında əvəzləyəcək o qədər adam yox idi və qalib müxalifət əsasən dövlət idarəçiliyində heç vaxt işləməmiş siyasətçilərdən ibarət idi. Xalq hakimiyyəti “inqilabçılara” həvalə etsə də, yeni komanda, effektiv şəkildə sərəncamlar verə bilmədi. Buna görə də Qarabağ klanı ilə mübarizə vəzifəsi ilkin olaraq ən nüfuzlu fiqurların səs-küylü istefalarından ibarət oldu. 2018-ci ilin yayında “Yerkrap” lideri Manvel Qriqoryan və KTMT-nin baş katibi Yuri Xaçaturov həbs edildi və sakit bir şəkildə nazirliklərdən Sarkisyan və Köçəryanın sıravi himayədarlarından təmizlənməsi prosesi oldu.
Ona görə də son illər Ermənistan dövlətində prinsipial mühüm vəzifələrdə açıq-aşkar Paşinyan rejiminin əsas kursunun əleyhinə işləyən bir çox məmurlar olub. Bu, xüsusilə Ermənistan Xarici İşlər Nazirliyinin və güc strukturlarının gördüyü işlərdə özünü büruzə verdi. Xarici İşlər Nazirliyindən danışsaq, “inqilabçıların” ümumiyyətlə, peşəkar diplomatları yox idi, peşəkarların hamısı Qarabağ klanının tərəfdarları idi, Paşinyanın isə sadəcə olaraq, seçim edəcək adamı yox idi. Aydındır ki, yeni hakimiyyət hansısa yolla köhnə XİN rəsmiləri ilə sədaqətlə bağlı razılığa gəlib, lakin Zöhrab Mnatsakanyan da , Ara Ayvazyan da əvvəlki əlaqələrini kəsməyib, gec-tez Sarkisyan və Köçəryan dövrünün xarici siyasətini bərpa etməyə başlayıblar. Nəticədə Paşinyan Qarabağ klanının agentini deyil, özünün “sağ əl” hesab etdiyi şəxsi Ermənistanın Xarici İşlər Naziri vəzifəsinə təyin edir.
Güc strukturları ilə bağlı vəziyyət daha da mürəkkəbdir. Təhlükəsizlik xidmətləri və ordu artıq bürokratik dövlət qurumları deyil, hakimiyyət üçün həyati vacib strukturlardır və siyasətçilər onların loyallığına nail ola bilmirlərsə, de-fakto ölkədə ikili hakimiyyət və ya anarxiya yaranır.
Göründüyü kimi, 2018-ci ildə Milli Təhlükəsizlik, Müdafiə Nazirliyi və Ermənistan Silahlı Qüvvələrinin komandanlığı 100% Qarabağ klanının üzvlərindən, üstəlik, Azərbaycan ərazilərini bilavasitə işğal etmiş, yerli əhalini Zəngəzur və rayonlardan didərgin salmış hərbi cinayətkarlardan ibarət olub. Ordu və müdafiə idarəsi Köçəryan və Sarkisyanın diqqət mərkəzində olub, çünki onlar Qarabağ müharibəsi dalğasında hakimiyyətə gəlmiş və gələcəkdə Azərbaycan torpaqlarının işğalının davam etdirilməsini təmin etmək üçün istifadə etməyi planlaşdırmışlar.
В связи с этим изначально было ясно, что в 2018-2019 годах при всем желании Никол Пашинян не мог мирно урегулировать армяно-азербайджанский конфликт, так как оккупационная армия отказалась бы подчиняться его приказам, и никакие отставки не помогли бы – на место одного уволенного саргсяно-кочаряновского генерала тут же пришел бы другой.
Bu baxımdan, ilkin olaraq bəlli idi ki, 2018-2019-cu illərdə Nikol Paşinyan istəsə belə Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edə bilməzdi. Çünki, işğalçı ordu onun əmrlərinə tabe olmaqdan imtina edəcək və heç bir istefa da kömək etməyəcək. Sarkisyan generalını qovarsa, əvəzinə Köçəryan generalı gələcəkdi.
Üstəlik, real təhlükə də var idi ki, Baş Nazir tərəfindən hər hansı konstruktiv hərəkətlər olardısa, o, zaman Qarabağ klanı tərəfindən “qırmızı xətti” keçdi bəhanəsi ilə fiziki cəhətdən aradan götürüləcəkdi. İstefalar, əlbəttə ki, baş verdi, amma yavaş-yavaş, xüsusi xidmətlər və ordu çox qapalı təşkilatlardır, burada strukturun bütün səviyyələrinin işinə təsir göstərmək üçün sadəcə rəhbəri dəyişdirmək kifayət deyil.
Milli Təhlükəsizlik idarəsi bilindiyi kimi hazırda Nikol Paşinyana tabedir, lakin ordu böyük ölçüdə Köçəryan və Sarkisyanın nəzarəti altında qalır. Azərbaycanın başladığı Vətən Müharibəsi ilə vəziyyət qismən düzəldi, çünki döyüşlərdə Qarabağ klanının çoxlu üzvləri gorbagor oldular. Ermənistan Silahlı Qüvvələri bütövlükdə məğlub oldu, lakin buna baxmayaraq, ordu rəhbərliyində hələ də faşist düşüncəli çoxlu radikal ravanşistlər var.
Baxmayaraq ki, ötən ildəki fəlakətli canlı qüvvə və texnika itkilərinə görə mübarizə aparacaq heç bir şeyləri yoxdur, lakin liderləri – eks-prezidentlər, Dağlıq Qarabağ münaqişəsinin qızışdırıcıları Robert Köçəryan və Serj Sarkisyan təslim olmaq niyyətində deyillər, onlar qisas hissi ilə yaşayaraq revanş götürmək istəyirlər
Köçəryan və Sarkisyan, Paşinyanın mövqelərinin müharibədən sonrakı zəifliyinə baxmayaraq, legitim yolla hakimiyyəti bərpa edə bilmədilər.
Növbədənkənar seçkilərə gələn vətəndaşların yalnız 26,27%-i bu neofaşistlərin seçki bloklarına səs verib və onlar parlamentdə 36 əhəmiyyətsiz yer tuturlar. Amma bu o demək deyil ki, onlar artıq hakimiyyət üçün təhlükə deyil və regionda sülh proseslərinə müqavimət göstərməkdə acizdirlər. Yox, sadəcə olaraq, bir az kölgəyə çəkiliblər. Amma onların qüvvələri var və ən real olanlar Ermənistan hökumətinin əmrlərinə tabe olmamağa hazır olan silahlı qüvvələridir. Yeni təyin olunmuş Müdafiə Naziri Suren Papikyan mülki şəxs kimi burada kardinal dəyişiklik edə bilməyəcək və Nikol Paşinyana sadiq ordu yaratmaq üçün uzun illər lazım olacaq.
Bu səbəbdən bəyan etmək lazımdır ki, Nikol Paşinyanın komandası Azərbaycanla stabil sülh, o cümlədən kommunikasiyaların açılması, sərhədin delimitasiyası və tam hüquqlu sülh müqaviləsi imzalanması istəsə də, öhdəliklərini sona qədər yerinə yetirmək imkanına malik deyil.
Ermənistanda heç bir sənədə imza atmayan, heç kimlə razılaşmayan və yalnız Azərbaycana qarşı yeni müharibəyə can atan ikinci qüvvə fəaliyyət göstərir.
Nə qədər ki, Robert Köçəryan və Serj Sarkisyan Ermənistan ordusuna komandanlıq edirlər, hərbi təhlükələri aradan qaldırmaq mümkün deyil.
Sərhədlər açıq olandan və iqtisadi əlaqələr yaranandan sonra münaqişəli vəziyyətə qayıtmaq qeyri-mümkün olacaq. Revanşçılar bunu başa düşürlər və hər vasitə ilə prosesi uzatmağa çalışırlar.
Ermənistanın sərhəddə hərbi təxribatları Qarabağ klanının revanşist fəaliyyətinin təzahürüdür.
Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti MIllət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü