Ermənistanın hakim partiyası Azərbaycan və Türkiyəni “təcavüzkar” hesab etməkdən imtina edib.

27/10/21 4:00

Transqafqaz.com xəbər verir ki, Ermənistan Milli Şurası parlament müxalifətinin (“Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları) “Qoşunların təmas xəttində vəziyyət” mövzusunda dünənki qapalı müzakirədən sonra tərtib edilmiş bəyanatın mətnini qəbul etməyib.

Hakim “Vətəndaş müqavilə”si fraksiyası nümayişkaranə şəkildə səsvermədə iştirak etməyib, nəticədə səsvermə qəbul olunmayıb.

“Mənim Şərəfim Var” fraksiyasından olan deputat Tiqran Abramyan səsvermədən əvvəl “Azərbaycan və Türkiyənin Qarabağa qarşı genişmiqyaslı silahlı təcavüzü pislənir” bəyanatını oxuyub.

Transqafqaz.com