Estoniyadan NATO-yahəyəcanlı çağırış

26/05/16 5:36

Estoniya baş naziri Taavi Rıyvas NATO-nu Baltikyanı ölkələrdə hərbi iştirakı genişləndirməyə çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Estoniya, Litva və Latviyada ayrı-ayrılıqda NATO batalyonunun olmasını zəruri sayıb.

Rıyvasın sözlərinə görə, NATO hərbi iştirakı genişləndirmək istiqamətində doğru addımlar atır, lakin bu prosesi yeni sazişlərlə gücləndirmək lazımdır.

Qeyd edək ki, bu yaxınlarda NATO adıçəkilən ölkələrdə hərbi iştirakını artırmaqla bağlı planlarını açıqlayıb. Yekun qərar isə bu ilin iyulunda Varşavada keçiriləcək sammitdə qəbul olunacaq.

Alyans bu ölkələrin hər birində min əsgərlik batalyon yerləşdirməyi nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir