EY ŞANSLI DOLİXİKEFAL ÖVLADLARI

22/11/21 11:07

Xaqani Ədəboğlu

Facebookda saxta profilli hay qaraçıları, bəzi vətənpərvər gənclərimizin elmsizliyindən istifadə edərək türklərin baş quruluşuna görə təkcə broxikefal olduğuna inandırmağa çalışırlar, Oğuz-türk-qıpçaq-albanların fərqli olduğunu aşılayan bölücü xarakterli statuslar paylaşırlar. Bu mövzuya girişən gənclərimiz inciməsinlər, oxumaqdansa, bu xainlərin yalanlarına uyurlar. Amma heç nəyin fərqinə də varmadan düşmən dəyirmanına su tökürlər. Öncədən sadə dillə anladım ki, braxikefal (braksikefal) quruluş sonradan gələn türklərə aiddir və bizi gəlmə elan etmək üçün ən yaxşı üsul kimi bizə sırımağa çalışırlar.

Antropoloji bilgi üçün bildirim ki, baş ölçüsünə görə standartlar belədir:


—75.9-a qədər,bəzən də 76-a qədər dolixikefal.
—76-dan yuxarı 80.9 -a qədər mezokefal.
—81-dən yuxarı isə braxikefal.


Türkiyənin rəsmi antropoloji kateqoriyasının yekun rəyinə diqqət edin: «Türklər braxikefal, savaşçı və bəyaz bir irq olan Andronovo insanlarının soyundan gəlirlər.»


Azərbaycanda isə təxminən belədir: «Azərbaycan Türkləri dolixikefal baş ölçülərinə malik, ağ irqə mənsub bir soydan gəlirlər».
Görünən nədir? Türkiyə türkləri bizə qardaş deyir, amma belə çıxır ki, biz fərqli soylardanıq. Bununla da Oğuzlarla türklərin əlaqəsi itir. Bunu Türkiyədə bu cür formalaşdıran kim olsa yaxşıdır? Əlbəttə ki, erməni. 1925-1939 cu illərdə erməni Nazan Maksudyan türk antropoloji məcmusunu «təhlil» etmiş və türkləri braxikefal, alpin irqinin təmsilçiləri olduğunu bildirmişdir. Bu erməni, «Mərkəzi Asiya» nəzəriyyəsinə əsaslanaraq türklərin Oğuzlarla heç bir əlaqəsinin omadığını dünyaya göstərməyə çalışırdı. Türkiyədə dolixikefal baş quruluşlarını yaxına buraxmayan bu erməninin əməllərini anlaya bilirsinizmi? Gəlmə monqoloid türklər…Görkəmli antropoloq alimimiz Kərəm Məmmədli «Antropologiyaya giriş»adlı əsərində Andronovo mədəniyyəti qurucularının baş quruluşunun 74-76 ğlçülü olmasını və Türkiyədə broxikefal kimi göstərilməsini qeyd edib.Türkiyəli tədqiqatçı Kamuran Gürü isə Türkiyə və Qafqazda tədqiqatlar aparıb. Onun tədqiqatıyla Maksudyanın nəticələrini müqayisə etdikdə Anadoluda dolixikefalları necə gözardı etdiyini aydın görmək olar.

Bu gün gənclərimizi saxta erməni profillərinin Türkiyədən «türkçü» imiciylə yaydığı broxikefal nağıllarına uymamağa və fikir bildirdiyiniz belə statuslara, yalnız öz bilginiz daxilində cavab verin. Yoxsa düşdüyünüz axmaq durum bizlərin qəlbini ağrıdır.

Onların uydurduğu Sang-Oğuz-Türk-Qıpçaq-Alban fərqliliyi deyə bir şey yoxdur. Türklüyü təyin edən dolixikefal-SAF QAN quruluşunu öyrənmək üçün uzağa getmək lazım deyil. Dəyərli alimimiz, antropoloq Kərəm Məmmədlidən və onun yazmış olduğu «Antropologiyaya giriş» adlı kitabından öyrənməyə çalışın.Ermənilərin və Avrosentristlərin tək istəkləri bu dolaşıqlığı yaratmaqla türkün Qərbdəki tarixi varlığını danmaqdır. Azərbaycan türklərinin mənsub olduqları Kaspi irqi və sanglar (skiflər) da dolixikefal olaraq 75-76 göstəricilərə malikdirlər. Eyni mənzərə də Anadoludadır.Bu bir daha sübut edir ki,türkün Ata yurdu Azərbaycan və Anadoludur. Buradan Mərkəzi Asiyaya gedilmiş və qarışma nəticəsində yerli türk xalqları formalaşmışdır. Bunu, dünya antropologiyasının qəbul etdiyi alimlərdən-O. Debets, R. Muğanlinski, E. Resler, O. Babakov və qeyriləri də təsdiqləyir. Mən dəfələrlə türk mənbələrində rastlaşdığım bir məlumatda əcdadlarımızın iki qola ayrılmasının qeyd olunduğunun şahidi olmuşam. Nurinlər Şərqdə, Piranlar isə Qərbdə yaşayan türklərə deyilirdi.

Beləliklə, girişdiyiniz mübahisələrdə sizin çaşdığınız və mənbəə axtardığınız bəhslərdən birini sadə dildə sizlərə anlatmağa çalışdım. Türk yazar Emine Uşakgil «Mənim Cümhuriyyətim» adlı əsərində yazır: «1930-cu ildə baş ölçmə dəbdə imiş…

Antropoloq Şevket Aziz Kansu Atatürkə xitabən: «Ey şanslı dolixikefal! -deyə sözə başlayır. Sən demə, Atatürkə hədiyyə edilmiş başölçmə alətiylə ətrafındakıların başını ölçmüş və çoxları dolixikefal (SAF QAN) olmadıqları üçün üzülmüşlər»…Türklüyü şübhə doğurmayan Atatürkün baş ölçüsü də dolixikefal imiş və o, Anadolunun ən qədim sakinlərinin soyundan gələn türklərdən imiş…
(Yazını K.Məmmədli «Antropologiyaya giriş» kitabı və Zamin Qafar Adnalı «Türklər kimdir və kimlərdən ibarətdir?» məqaləsi əsasında hazırladım)…

23 yanvar 2018-ci il

Mənbə: Fedai.az