Dünya elmində, çağdaş fizikada yeni mərhələnin banisi sayılan Nobel mükafatçılı alim Albert Eynşteyn təkcə nəzəriyyələrin deyil, həm də 50-yə yaxın ixtiranın sahibidir. O, bu ixtiralara görə patent də alınmışdı. Lakin daha çox Nisbilik, Fotoeffekt və digər nəzəriyyələri ilə dünya elminin tarixinə düşən alimin ixtiraları kölgədə qalmış oldu.
1-Genişlənə bilən kostyum– Böyük fizik moda dünyasına da baş vurub. Bu təbii ki, marketinq məqsədli patent idi ki, sonda alimin özündən çox geyim şirkətlərinə qazanca gətirdi. Eynşteyn ilk dəfə olaraq, bir geyimin həm diyeta saxlayanlar, həm də sonradan kökələn insanlar üçün modelini təklif etmişdi.
2-Səsyazan cihaz- İlk səsyazan cihazın da müəllifi Eynşteyndir. 1930-cu illərdə kino və radio
özünün ən pik dövrünü yaşayırdı. Alim də həm kino, həm də radioya vurğunluğu ilə seçilirdi və aktyor Çarli Çaplinlə dostluq edirdi. Elə bu sahələrə vurğunluq onu səsyazan cihaz üzərində işləməyə sövq etdi.
3-Öz-özünə nizamlanan kamera- Kinoya vurğunluq Eynşteynin bu istiqamətdə ikinci kəşfinə səbəb oldu. O, alman ixtiraçı Qustav Bakki ilə müştərək belə bir cihazın ideyasını hazırladı və patentinə də sahib oldu.
4-Eyşteyn –Szilard soyuducusu- Szilard eynşteynin tələbəsi olub. Alim hava buraxan və bununla da saxlanılan ərzaqları xarab edən soyuducular haqqında eşidəndən sonra yeni soyuducu modeli hazırlamaq qərarına gəlir. Çünki o ərəfədə çox insan soyuduculardakı çatışmazlıqlar səbəbindən zəhərlənmişdi. Eynşteynin ideya müəllifi soyuducu bu problemi aradan qaldırdı
Transqafqaz.com