Dünən gecədən başlayaraq, Qəzza bölgəsindən İsrail ərazisinə beş mindən artıq raket zərbələri endirilib. Bu barədə HƏMAS rəsmisi bildirib.
Alınan məlumatlara görə, beş İsrail əsgəri öldürülüb onlarla adam yaralanıb. Təzadlı məlumatlar içərisində onbeş İsrail əsgərinin ələ keçirilərək, Qəzza bölgəsinə aparıldığı söylənilir.
HƏMAS yaraqlılarının şəhərlərə girərək dinc əhalini qətlə yetirdiyi, evləri, maşınları yandırdığı videogörüntüləri yayılıb. Qəzza bölgəsinə yaxın ərazilərdən insanlar qaçaraq fəlakətdən qurtulmağa çalışırlar.