Filip Ekozyants Vikipediyada Ərzurumun tarixi Qərbi Ermənistanda bir şəhər olması barədə məlumat üçün erməniləri ələ salıb.

13/01/22 11:48

Erzurumun tarixi Qərbi Ermənistanda bir şəhər olması ilə bağlı Vikipediyadakı məlumatı erməni əsilli rus alim və tarixçi Filip Ekozyants lağa qoyub.

Vikipediyanı açdım. “Ərzurum tarixi Qərbi Ermənistanda bir şəhərdir…” İtalyan Vikipediyasında belə bir mətn təsəvvür etdim: “Paris tarixi Şimali İtaliyada bir şəhərdir”; monqol dilində: “Moskva tarixi Qərbi Monqolustanda şəhərdir”; almanca: “Roma tarixi Qərbi Almaniyada bir şəhərdir”; iran dilində: “Tiflis, İrəvan, İstanbul – tarixi Qərbi Farsda şəhərlərdir…” Qardaşlar, niyə başqa millətlər belə şeylər yazmağa utanır, biz ermənilər isə utanmırıq? Belə bir şey oxumaq belə utancvericidir “deyə Filip Ekozyants Facebook-da yazıb.