Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində Fransa əleyhinə etiraz aksiyası keçirilib.
Müstəmləkəçiliyə qarşı aksiyanın iştirakçıları Azərbaycan bayrağını tribunaya bağlayaraq ön sıralara çıxarıblar.
KİV-in məlumatına görə, 10 minə qədər etirazçının iştirak etdiyi aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.
Etirazçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.