Fransaya AUKUS-dan sonra ikinci şok – Türkiyədən

13/10/21 10:10

Ərəb mətbuatı Pakistanın Fransa istehsalı olan sualtı gəmilərin modernləşdirilməsi üçün Türkiyə ilə razılaşmasının AUKUS-dan sonra Fransaya ikinci zərbə olduğunu yazıb.

Transqafqaz.com xəbər verir ki, ərəb mətbuatı Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmirin Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus AGOSTA 90B tipli sualtı gəmilərin modernizasiya edilməsi ilə bağlı verdiyi açıqlamanı gündəmə gətirib.

“Müdafiə sahəsində siyasi təzyiqlər var. Biz bu müqaviməti qırırıq. Məsələn, fransızlar Pakistanın Fransadan aldığı sualtı gəmilərin modernizasiyası tenderinə təzyiq göstərdi, amma layihə bizim oldu”, – nazir qeyd edib.

Ərəb mətbuatı bunun ABŞ, Avstraliya və Böyük Britaniya ilə imzalanmış AUKUS anlaşmasından sonra Fransa və Prezident Emmanuel Makrona ikinci zərbə olduğunu bildirib.

Transqafqaz.com