Gərginlik gün keşdikcə artır. NATO Rusiya qarşısında geri çəkilmir, əksinə…

27/01/22 10:30

“Biz Rusiyanı situasiyanı deeskalasiya etməyə çağırırıq. NATO əmindir ki, fərqli mövqe və gərginlik siyasi yolla həll edilməlidir, güc və təhdid tətbiqi ilə yox”, – Stoltenberq qeyd edib.

O əlavə edib ki, siyasi danışıqların uğuruna ümid etməklə bərabər, NATO “ən pis situasiyaya” hazırlaşır: “Biz öz mövcudluğumuzu Baltik və həm də  Qara dənizdə gücləndiririk”.

Diqqət etsək, Rusiya Federasiyası ilə qarşıdurma təkcə Baltikyanı regionda deyil, o cümlədən Şərqdə də hiss olunur: “Biz Rusiyanın Şərqdə daha iddialı olduğunu görürük. Cənub cinahında – İraqda, Suriyada, Yaxın Şərqdə də gərginlik artır. Biz Avropada kollektiv müdafiə sistemimizi gücləndiririk və öz sərhədlərimizdən kənarda sabitliyi proqnozlaşdırırıq”, – NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.