Bayden və Si Tsinpin Putinlə G20 sammitində iştirakdan imtina ediblər
Prezident Vladimir Putinin Ukrayna ilə müharibə başlayandan bəri ilk dəfə iştirak etməyə qərar verdiyi G20 liderlərinin sammiti əsas dünya güclərinin liderləri olmadan keçiriləcək.
Bloomberg, G20-nin sədri kimi tədbiri təşkil edən Hindistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Tsinpin çərşənbə günü, noyabrın 22-də videokonfrans vasitəsilə keçiriləcək G20 virtual görüşündə iştirakdan imtina ediblər.
Putinin 2021-ci ildən bəri ilk dəfə çıxış edəcəyi sammitdə Çini Si Tsinpinin əvəzinə Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianq təmsil edəcək. Hindistanın xarici işlər naziri Vinay Kvatra ABŞ prezidentini kimin əvəzləyəcəyini açıqlamayıb.