Gorus-Qafan yolunun bağlanmasının nəticələri

28/08/21 11:10

Rusiya mətbuatının verdiyi məlumata görə Putin Ermənistanın Baş Nazirinə zəng edib. Maraqlıdır Putinin bu gecəyarısı zənginin səbəbləri nə olmuşdur?

Putinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi onu vurğulamağa əsas verir ki: Kremlin vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda rəsmi Bakı çox ciddi tələblər irəli sürmüşdür.

Yekun danışıqlarda iki məsələ barəsində razılıq var:

1.Azərbaycan yolda keçid məntəqəsi qurur;

2.Ermənistan tərəfi 21 kilometrlik yolun Azərbaycan tərəfi ərazisi olduğunu;

3.Çayzəmi və Eyvazlı kəndlərini Azərbaycan ərazisi olaraq tanıyır.

Nəticə

Azərbaycan tərəfi sülh danışıqlarına xələl gətirəcək addımlar atmır, sülh danışıqlarına sadiqliyini nümayiş etdirərək problemin Moskvanın vasitəçiliyi ilə həllinə mane olmayaraq razılıq verdi

Rəsmi Bakı bu danışıqların nəticəsindən arxayın olmamalı Ermənistan və onun havadarı Rusiya üzərinə təyziqləri artıraraq tələb etməlidir:

  1. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənməsi;
  2. Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yerinə yetirilməsi,

– Zəngəzur dəhlizində işlərin başlanması,

erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması.

Putin-Paşinyan telefon təmasında Kremlin son günlər Bakıdan aldığı siqnallardan narahat olduğunu da qeyd etmək olar:

– Rusiya sülhməramlılarının fəaliyyətinə  Prezident səviyyəsində açıq etirazın bildirilməsi,

-İlham Əliyevin əvvəlki çıxışlarından fərqli olaraq, Rusiyanı Azərbaycanın stradeji tərəfdaşı yox, qonşusu adlandırması,

– Laçın dəhlizi boyunca kameral və vizual nəzarətin gücləndirilməsi,

– Qarabağda anti-terror əməliyyatı ilə bağlı mətbuatda mesajların verilməsi,

– Müdafiə Nazirliyinin separatçıların qanunsuz postlarının mövcudluğuna işarə vurması.

Azərbaycan tərəfi Qafan-Gorus yolunu bağlamaqla öz qətiyyətini Rusiyaya nümayiş etdirdi. Kreml unutmalı deyil ki, Rus imperiyasının azərbaycan xalqına 200 ildə etdiyi pisliklər hələ hafizələrdədir

Moskva anlayır ki, Bakının istəkləri yönündə prosesi sürətləndirməsə, vəziyyət nəzarətdən çıxa bilər və bu, həm Rusiyanın vasitəçilik missiyasını riskə atır, həm də Azərbaycanı ondan uzaqlaşdırır.

Putinin Paşinyanın ardınca Əliyevlə də təmasa keçəcəyi gözləniləndir və belə demək mümkünsə, “bütün yollar Moskvaya aparır”: Rusiyada üçtərəfli görüşün olacağı ehtimalı böyükdür;

İstisna deyil ki, belə bir masanın qurulması zərurətini artıran proseslər də baş versin, həm Qarabağda, həm də sərhəddə…

Vahidov Qurban. Araşdırmaçı – analitik