İSNA xəbər agentliyinin verdiyi məlumata əsasən, İranın Şərqi Azərbaycan vilayətində baş verən daşqın səbəbilə ölənlərin sayı 41-ə çatıb. Agentlik həmçinin azı 22 vətəndaşın itkin düşdüyünü bildirir. Verilən məlumata əsasən, xilasetmə işçiləri insan cəsədlərininin axtarışını davam etdirir.
Əcəbşer və Tufarqan (Azərşəhr) şəhərlərində təxminən 22 nəfərin hələ də itkin düşdüyü bildirilir. Bundan əvvəl verilmiş məlumatda 17 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Şərqi Azərbaycan vilayətinin qubernatorunun Böhranların İdarə edilməsi ofisinin verdiyi məlumata əsasən, Əcəbşer şəhərində 16, Azərşəhrdə isə 14 cəsəd aşkar edilib.
Şərqi Azərbaycn vilayətinin Böhranların İdarə edilməsi ofisinin baş direktoru Xəlil Saeyiə istinadən axtarış və xilasetmə işlərinə Qırmızı Aypara cəmiyyətinin işçiləri, təcili yardım vertolyotlarl, polis və ordu cəlb edildiyi haqda məlumat verilib.
Sentyabr ayında Tehranda və Hormüzgan vilayətlərində sellər nəticəsində azı 10 nəfər həyatını itirmişdi.
Kamal Əsəd