GÜNEYDƏ AZƏRBAYCANLI MÜƏLLİMƏ HƏBS CƏZASI

22/06/23 5:10

Güneyli gənc müəllimə ağır həbs cəzası verildi.

İran məhkəməsi azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəalı Əli Rzayini 6 il müddətinə azadlıqdan məhrum edib.

O, “hakimiyyətə qarşı əlbir olmaq və təbliğat aparmaq”da ittiham olunub.

Fəalın ailəsinin yaxınlarının sözlərinə görə, məhkəmənin hökmü onun dindirilmə zamanı işgəncələrə məruz qaldığı və 193 gün həbsdə olduğu vaxt verilib, ailənin təkidinə baxmayaraq, məhkəmə orqanları onun hakimlə görüşməsinə və vəkilin görüşə girməsinə icazə verməyib.

Qeyd edək ki, Əli Rzayi ana dilində təhsil hüququ və Urmu gölü məsələsinin müdafiəçisi idi.

O, eyni zamanda informasiya texnologiyası mühəndisi, beynəlxalq yoqa təlimatçısı və türk dili müəllimidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir