Siz heç AB-ABŞ-ın Şərq ölkələrində demokratiya yaratdığını gördünüzmü?
Fikrimcə Avropa Birliyi və ABD-nin Şərq siyasəti 3 mərhələyə bölünür.
1. Şərqdə, Neft olan ölkələrdə AB-ABD dəstəyi ilə diktatura rejimləri qurulur. Diktatorlarla sıx əməkdaşlıq edilir , neft kontraktları bağlanılır, AB-ABD maraqlarına uyğun enerji layihələri həyata keçirilir, isti, qarşılıqlı münasibətlər qurulur və diktatorların öz xalqını, dövlətini çapıb-talamasına, sərvətlərinin mənimsənilməsinə şərait yaradılır, göz yumulur.
2. Diktatorların öz xalqından və dövlətindən oğurladıqları pullar AB-ABD banklarına, ofşor zonalara yatırılır.
3. AB-ABD həmin diktatorların pullarını mənimsəmək və qəsb etmək məqsədilə həmin ölkələrdə a) demokratiya və insan haqları uğrunda mübarizə aparan müxalifət və QHT, müstəqil medya orqanları formalaşdırır. b) Ölkədə dövlətə qarşı hər zaman ayaqlana biləcək dini və etnik zəmində azlıq və icmaları təşkilatlandırır , silahlandırır, mərkəzdənqaçma hərəkatlarını gücləndirir, himayə edir. v) Diktator rejimi haqqında bütün dünyada Avropa maraqlarına xidmət edən medya orqanları antitəbliğat siyasəti qurur və diktatorun siyasi imici öldürülür. Diktatorun pulları mənimsənilir və ya hakimiyyəti çoxsaylı sanksiyalarla iqtisadi baxımdan zəiflədilir, bütün sərvəti AB bankları vasitəsilə əlindən alınır.
4. Diktatura rejimlərinin devrilməsi üçün xalq ayaqlanır, üsyan və inqilablar baş verir, qan tökülür. Diktator öldürülür. Etnik və dini zəminli silahlı terror təşkilatları hərəkətə keçirilir, təkcə ölkənin pulları sərvətləri mənimsənilmir, Dövlət dağılır, milli coğrafiyalar parçalanır, bir-birilə savaşan kiçik etnik muxtariyyətlər qurulur. Demokratiya və insan haqları uğrunda mübarizə aparan qanuni müxalifətin hakimiyyətə gəlməsinə isə heç imkan verilmir. Bu demikratik müxalifət nümayəndələri ölkə içi bölünmələrin və savaşların qurbanlarına çevrilir.
Yeni müxalifət liderləri meydana çıxır. Bunlar etnik və dini zəminli silahlı terror təşkilatlarının liderləridir. Və sonunda bu terror təşkilatlarını zərərsizləşdirmək və yox etmək adı altında AB-ABD ordusu, NATO beynəlxalq sülhməramlı qüvvə adı ilə ölkəyə daxil olur və həmin ölkələrdə kütləvi qətliamlar, soyqırımlar həyata keçirir. Ölkənin bütün tarixi və infrastrukturu məhv edilir, bütün sərvətləri yağmalanır. Milyonlarla insanlar qaçqına çevrilir və AB-ABD bombalarının, roketlərinin qurbanlarına çevrilir, uşaqlar, qadınlar bazarlarda alınıb satılır, orqan alveri genişlənir, insanlığa həqarət edilir. Örnək: Suriya, Livan, Yəmən, Misir, İraq, Əfqanıstan…. türkiyə və İran da bu dəhşətli oyuna çəkilməkdədir. Türkiyə və İranı da bu aqibət gözləməkdədir. istər Türkiyədə, İstər İranda baş verəcək bu “demokratiya” , “insan haqları” və “Hüquq” müharibələri Azərbaycanı, Türk Millətini və İslamı uzayda olan Qara Dəlik kimi udacaqdır. AB-ABD demokratiya və insan haqları adı altında xaos və ölüm gətirir. Allah Azərbaycanı AB-ABD demokratiyasından və insan haqları imperializmindən, qətliamlarından qorusun. Demokratiya, insan haqları ideyaları bütün mədəniyyətlərdə, dini və fəlsəfi ideyalarda , fikir hərəkatlarında hər zaman olmuşdur. Əlbəttə, hər mədəniyyətin özünəməxsus zehniyyəti formasında. Demokratiya və insan haqları ideyası yalnız Avropa mədəniyyətinə məxsus ideya deyil, universal ideyadır. Avropa mədəniyyəti bütün insanlığı əhatə edən universal mədəniyyət deyil, yalnız AB-ABD-yə aid olan mədəniyyətdir. AB-ABD -dən dünyaya ixrac olunan diktatura, demokratiya və insan haqları savaşlarına heç inanmadım və hər zaman nifrət etdim. Dedim ya diktatura rejimlərini AB-ABD yaradır, sonra da bu rejimlərə müxalifət olan kəslər də AB-ABD şüarları ilə müxalifətçilik edir…Dərin düşünməliyik. iqtidar da müxalifət də Qərb sisteminin oyunçuları, qurbanları və AB-ABD maraqlarını təmin edən güclər. Bütün bu sistemi AB-ABD qurmuşdur. Bu sistemin ötəsində, fərqli, milli bir sistem qurmalıyıq. Bunun üçün böyük düşüncə devrimləri gərəkdir. AB-ABD-nin hakim olmadığı yeni bir dünya quruculuğu gərəkdir. Bu isə ən azı 10, maksimum 50 il çəkər. Hər millətin taleyini və siyasətini, stratejisini formalaşdıran yeganə güc mənbəyi kimi Milli İradəni və milli mədəniyyəti dəstəkləyirəm. Avropa imperializmini yenmiş M.Qandini və Atatürkü doğuran düşüncəni və siyasi idealları dəstəkləyirəm.