Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyir

11/12/23 7:50



Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Azərbaycana səfəri zamanı Ermənistanla Azərbaycan arasında danışıqlarda Gürcüstanın vasitəçiliyi müzakirə olunacaq.

Gürcüstanın İctimai Televiziyasının məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib. O qeyd edib ki, bu, Gürcüstanın baş nazirinin sülh təşəbbüsüdür və Tbilisi bu istiqamətdə uğurla irəliləyir.


“Gürcüstanın vasitəçiliyi çox vacibdir və düşünürəm ki, bu və digər məsələlər müzakirə olunacaq”- diplomat bildirib.

O xatırladıb ki, Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir