Neçə ki, dünyaya vətəni param-parça edilmiş bir ölkə olduğumuzu bəyan edib, real fəaliyyətə başlamasaq çox çaqqallar bu mübarək vətəni parçalamaq üçün diş qıcıyacaq. Qonşular deyil bunlar, pusquda duran düşmənlərdi. Azərbaycan tərəfi də deməlidir ki, Sokar da Neft kəmərlərinin və Borçalının hüquqi statusuna yenidən baxmalıdır.
“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyətini bərpa etməsinə ehtiyac var”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında sərhədin delimitasiyası olduqca vacibdir: “Gürcüstan və Azərbaycan prezidentlərinin əldə etdiyi razılaşmaya əsasən, iki dost ölkə arasında sərhədin delimitasiyası üzrə komissiya işini vaxtında bərpa etməlidir”.
Transqafqaz.com