GÜRCÜSTANDA ERMƏNİ “GÖZ YAŞLARI”

31/07/23 11:56

Ermənilər bu dəfə başqa istiqamətdən azərbaycanlılara (daha doğrusu azərbaycanlı xanıma) hücuma keçiblər. Yəni, fərqli platforma kimi Gürcüstanı seçiblər. Narahat erməni ruhu Gürcüstanın İctimai Televiziyasının baş direktorunun köməkçisi Ramilə Əliyevanı intriqa obyekti seçərək çoxmillətli Gürcüstanda suları bulandırmaq qərarına gəlib.

“Gürcüstanın Erməni İcması” QHT-nin rəhbəri Artur Mirzoyan “Hraparak”a müsahibəsində Gürcüstanın İctimai Televiziyasının “Artsaxın 8 aylıq blokadası”nı işıqlandırmamasından və bu barədə heç bir material dərc etməməsindən narazılığını bildirib.
“Əvvəllər “soyqırım qurbanları”na həsr olunmuş tədbirlər erməni bölməsində işıqlandırılırdısa, bu il bu baş vermir. Əsas səbəb isə erməni dili şöbəsinin müdiri Ramilə Əliyevanın azərbaycanlı olmasıdır”.
Sonra deyir: “O, yarı azərbaycanlı, yarı gürcüdür, amma özünü tamamilə azərbaycanlı hesab edir”.

Ramilə Əliyeva 2017-ci ildən bu vəzifədədir. Yeri gəlmişkən, o, 2018-ci ildə erməni və azərbaycan dillərində “Diverse Georgia” layihəsinə başlayıb. Elə isə Artur Mirzoyan niyə, indi qəfildən milli mənsubiyyəti xatırladır?
Bu sualın cavabı Mirzoyanın özünün dediklərindən aşkara çıxır: “O, Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edib və çıxış edib. Başa düşürəm ki, Şuşaya böyük bir gürcü nümayəndə heyəti də getdi”.

İndi bəlli olur ki, Mirzoyanın “incə mənəvi dünyasını” nə məhv edib: Ramilə Əliyevanın Şuşada iştirakı.

Mirzoyan isə ildırım və şimşək çaxmaqda davam edir: “Bir azərbaycanlının erməni dilində bölməyə rəhbərlik etməsinə Gürcüstan erməniləri üsyan edir”. Daha sonra Mirzoyan Gürcüstan dövlətini şantaj etməyə davam edir və qeyd edir ki, “onlar vergi ödəyirlər və onların tələbləri nəzərə alınmalıdır”. O qeyd edib ki, bununla bağlı gürcü erməniləri bəyanat veriblər.
“Nəzərə alsaq ki, Gürcüstan hakimiyyəti həmişə Ermənistanla Azərbaycan arasında neytral mövqedən çıxış edib və tez-tez regionda sülhün bərqərar olması prosesində vasitəçilik etməyə çalışıb, tədbirdə rəsmi şəxslərin (Gürcüstan nümayəndə heyətinin nümayəndələri nəzərdə tutulur – red.) iştirakı narahatlıq doğurur. Qeyd edək ki, R.Əliyevanın İctimai Telekanalın erməni və Azərbaycan dilləri departamentinin rəhbəri vəzifəsində çalışması departamentin obyektiv və qərəzsiz fəaliyyətinə mane olsa da, telekanal rəhbərliyi bu istiqamətdə heç bir fəal addım atmayıb. Təşkilatın bəyanatında deyilir ki, sonda ictimai telekanalın “erməni soyqırımı” ilə bağlı tədbirlərə istinad etməməsi və “artsaxın 8 ay blokadası” mövzusunu ümumiyyətlə işıqlandırmaması təəccüblü deyil.”

Heyrətamiz və sırf erməni həyasızlığının yeni bir nümunəsinə şahidlik etdik .

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir