Gürcüstanda marixuanadan istifadə
Gürcüstanda müəyyən dozada marixuanadan istifadə leqallaşdırılır. APA TV-nin məlumatına görə, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən ölkədə marixuanadan az miqdarda şəxsi məqsəd üçün istifadə edənləri bundan sonra həbs cəzası gözləmir.
Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb.
Bundan əvvəl Gürcüstan Konstitusiya Məhkəməsi şəxsi istifadə üçün 70 qramadək marixuana ilə saxlanan şəxsin azadlıqdan məhrum edilməsinə dair hüquqi müddəanı qanunsuz elan edib.