Gürcüstandan Rusiyaya Ərazi bütövlüyü çağrışı…

31/12/16 5:36

Gürcüstanın Baş Naziri Giorgi Kvirikaşvili, Rusiyanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməsi lazım olduğunu söylədi.

Kvirikaşvili, dövlət televiziyası olan Kanal 1-də çıxışı zamanı edib.

Tədbirdə Gürcüstanın daxili və xarici siyasətini, NATO və Avropa İttifaqı ilə (Aİ) inteqrasiya prosesi və Rusiya ilə Gürcüstan arasında münasibətlərə toxunan Kvirikaşvili, Gürcüstanın qərarlarına hörmət göstərdiyi müddətdə Moskva rəhbərliyi ilə bəzi məsələlərin müzakirə edilə biləcəyini bildirib.

Kvirikaşvili, çıxışında Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində heç bir şəkildə güzəştə verməyəcəyini vurğulayaraq, “Rusiya sərhədlərinin cənubunda dost bir ölkə istəyirsə, Gürcüstanın qərarlarına hörmət etməlidir. Ancaq Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsində heç bir kompromis ola bilməz”. deyə bildirib.
Q.Muxtarlı
Transqafqaz.com