Hərbi əsirlər dəyişdirildi.

13/12/23 7:11

Azərbaycan və Ermənistan tərəfdən saxlanılan hərbi qulluqçular qarşılıqlı azadlığa buraxılıb

Dekabrın 13-də Azərbaycan və Ermənistan Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisindəki hissəsində qarşılıqlı əsasda hərbiçilərin dəyişdirilməsi həyata keçirib.

“Report” Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, təhvil-təslim zamanı hər hansı insident baş verməyib.

Azərbaycan tərəfdə saxlanılan erməni hərbçilərin sağlamlıq vəziyyəti Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılığa əsasən, təhvil veriliblər.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin Aparatı arasında aparılan danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, qarşılıqlı münasibət tədbiri kimi iki ölkə arasında etimad və xoşməramlılığın göstəricisi olaraq Azərbaycan tərəfindən 32 erməni əsilli, Ermənistan tərəfindən isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir