Həsən Turan Kərkük valisi ilə görüşdə səsverməni dəyərləndirib.

18/12/23 11:37

İraq Türkmən Cəbhəsi sədri və Kərkük valisi seçki prosesinin gedişatını müzakirə ediblər

İTC sədri və Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının sədri Həsən Turan və Kərkük valisi Rakan Səid əl-Cuburi Komissarlar Şurasının üzvü, Kərkük Seçki Departamentinin Nəzarət və Təqib Komissiyasının sədri hakim Hüseyn Əbdülsədə ilə görüşü və səsvermədə yaşanan problemləri dəyərləndirib.

Komissiyanın rəhbər heyətinin də iştirak etdiyi iclasda texniki problemlərin həlli yolları müzakirə edilib və Kərkükdə seçicilərin səsvermə hüququndan məhrum edilməməsi üçün sərt tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir