HƏMAS FƏLƏSTİN XALQINI TƏMSİL ETMİR

16/10/23 9:05

“Həmas Fələstin xalqını təmsil etmir”.

“Reuters”in məlumatına görə, bunu Fələstin prezidenti və Fələstin Azadlıq Təşkilatının sədri Mahmud Abbas venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı bildirib.

“HƏMAS-ın siyasəti və hərəkətləri fələstinlilərin maraqlarını əks etdirmir”, – Abbas bildirib. Onun sözlərinə görə, “Fələstin xalqının yeganə qanuni nümayəndəsi” Fələstin Azadlıq Təşkilatıdır.

Lakin Fələstin Administrasiyasının Rəsmi Xəbər Agentliyi bazar günü şərhi dərc etdikdən sonra, yaraqlı qrupa istinadı izahat vermədən tez bir zamanda silib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir