HƏMAS LİDERLƏRİ.

11/10/23 8:31

HƏMAS-ın liderləri bu insanlardır. Onlara münasibət birmənalı deyil, lakin onların mövcud olan güclər tərəfindən idarə olunduğuna və maliyyələşdirildiyinə dair təkzibolunmaz sübutlar var. Fələstin muxtariyyəti lideri Mahmud Abbasın Rusiyaya səfəri də gözlənilməz deyildi. Bundan öncə İrana göstərdikləri köməyə görə təşəkkür səsləndirən HƏMAS rəsmiləriinin və bu terror aktını dəstəkləyən İran rəsmilərinin bəyənatları çox şeydən xəbər verir.


İsmail Haniyeh HƏMAS-ın liderlərindən biridir. Qətərdəki sürgündəki evindən İsrailə hücum əmri verdi. Tezliklə o, hücumu alqışlayan televiziya çıxışı etdi.

Yəhya Sinvar HƏMAS-ın Qəzza zolağındakı lideri və təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir.

Mohammed Deif – onun təşkilat yaraqlılarının oktyabrın 7-də İsrailə hücumunun təşkilatçısı və ideoloji ruhlandırıcısı olduğu güman edilir.

Hücumun Qəzza bölgəsindən həyata keçirilməsinin altında da gizlinlər var. Bölgə faktiki olaraq mərkəzi hökümətə müxalifətdədir və idarəçilik HƏMAS tərəfindən həyata keçirilir. Bu terror təşkilatının isə İran və Rusiya ilə əlaqəsi danılmazdır.

Hücumun bir çox gizlinləri və real məqsədi bir qədər sonra aşkar olacaq. Düzdür, indi də bəzi məqamlar aydındır, ancaq ştrix halında.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir