Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Kərim Xan bildirib ki, Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat” zamanı törədilmiş mümkün hərbi cinayətlərlə bağlı təhqiqata başlanılıb.
BBC-nin məlumatına görə, Xan bildirib ki, Ukraynadakı vəziyyətin ilkin təhlilindən sonra BCM prokurorluğu “məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərin törədildiyini sübut edən kifayət qədər əsas görüb”. O, həmçinin əlavə edib ki, “potensial olaraq belə hesab edilə bilən konkret hallar artıq müəyyən edilib və istintaqın əsasını təşkil edəcək”.
Xatırladaq ki, daha əvvəl Kərim Xan araşdırmaya icazə üçün məhkəmənin prezident şurasına müraciət etmək niyyətində olduğunu bildirsə də, 38 ölkənin tribunalına müraciəti işə dərhal başlamağa imkan verib.