🇹🇷 Türkiyənin xarici işlər naziri Hakan Fidanın Türkiyə parlamentindəki çıxışından:
▪️Avropa İttifaqı Türkiyəyə tərəfdaş deyil, rəqib kimi baxır.
▪️Avropa İttifaqı ilə inteqrasiya prosesini inkişaf etdirmək əzmindəyik. Ancaq bunun üçün birliyin iradəsi lazımdır. Təəssüf ki, Avropa İttifaqı digər namizəd ölkələrə qarşı atdığı kimi Türkiyəyə qarşı da ürəkaçan addımlar atmır.
▪️ Aİ Türkiyənin Aİ-yə üzvlüyünü sürətləndirmək üçün konkret addımlar atsa, bu, hər iki tərəf üçün yeni imkanlar yaradacaq.
▪️ Bununla belə, Avropa Birliyinin Türkiyəyə tərəfdaş deyil, rəqib kimi baxması, bəzi NATO müttəfiqlərimizin bizim təhlükəsizlik narahatlığımızı nəzərə almaması ölkəmizi daha çox imkanlar və alternativ strategiyalar hazırlamağa məcbur edir. Bizim üçün bu seçim deyil, dövlətimizin, millətimizin yaşaması üçün zərurətə çevrilib.
▪️ Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqları səbəbindən dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, Türkiyə ilə Aİ-nin yollarının “ayrıla biləcəyini” söylədi.
Məmmədli Ömər