Hal-hazırda Ukrayna cəbhəsində 3 istiqamətdə ağır döyüşlər davam edir

02/03/22 9:51

Ukrayna və Rusiya Silahlı Qüvvələrinin diqqətinin cəmləşdiyi əsas şəhərər Kiyev, Xarkov və Xersondur.

Düşmən bu 3 şəhəri tutmaq istəyir. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Hazırda 3 qaynar nöqtə var. Bu, Kiyevin şimal ətrafıdır. 20-30 km məsafədə Makarov rayonu, Jitomir magistralında düşmən qüvvələri cəmləşib. Onların qarşısını almaq üçün artilleriya ilə işləyirik. İkinci qaynar nöqtə Xarkovdur. Orada artilleriya döyüşləri gedir. Düşmənin aviasiyası iştirak edir, ordumuz isə qarşısını alır.

Xersonda isə küçə döyüşləri davam edir. Əsas diqqətin yönəldiyi nöqtələr bunlardır”, – deyə Arestoviç bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir