Bu gün, dekabr ayının 3-də Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovla HƏP-in qərargahında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlının görüşü olmuşdur. Görüşdə ölkə güdəmi, dünyada və regionda baş verən hadisələr müzakirə edilmişdir.
Azərbaycanın köklü problemlərinə və onların həllinə hər iki partiyanın oxşar, üst-üstə düşən mövqeyi nəzərə alınaraq bu cür görüşlərin və mövqelərin uzlaşmasının əhəmiyyəti qeyd edilmişdir.
Görüşdə AMDP sədrininTürk dünyası ilə əlaqələr üzrə Sədr müavini Firudin Əhmədli və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli iştirak etmişdilər.
AzMDP Mətbuat Xidməti