Hayastan Marqara sərhəd-keçid məntəqəsini hazırlayıb, Türkiyəni gözləyir.

03/12/23 8:03

“Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsi fəaliyyətə hazırdır və erməni tərəfi üçüncü ölkə vətəndaşlarına, eləcə də diplomatik pasportu olanlara sərhədin açılması ilə bağlı Türkiyə tərəfdən müsbət siqnallar gözləyir”.

Bu barədə ER XİN-in mətbuat xidməti məlumat yayıb

Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh bağlanana qədər Türkiyə-Ermənistan sərhədinin açılmasını qeyri-mümkün hesab edir.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir